Yuxarı

Eşşək südü: müalicəvi və bahalı, yoxsa haram?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam dini eşşək ətinin yeyilməsini haram sayır. Əti haram olan heyvanın südü də haramdır.

Bu sözləri Axar.az-a ilahiyyatçı Rəsul Mirhəşimli Bakıda ilk eşşək südü fermasının yaradılması və Azərbaycanda eşşək ətindən istifadəyə islam dininin münasibəti barədə danışarkən bildirib.

İlahiyyatçının fikrincə, islam dinində haram mövzusu insanları konkret hansısa əməldən çəkindirmək yasağıdır. Hansı heyvanın ətinin yeyilməsi qadağan olunursa, demək, o heyvandan hasil olan bütün qidalar haramdır:

“Əgər həkimlər eşşək südünün hansısa xəstəliyin müalicəsində faydalı olduğunu deyirlərsə, bunu müalicə üsülunu qəbul edən pasiyentlərinə məsləhət görsünlər. Məncə, tibbdə imkanlar tükənməyib. Eşşək südü də bir xəstəliyin müalicəsi üçün tək çarə ola bilməz. Bunun üçün də alternativ müalicə üsülu təklif edə bilərlər. Bir müsəlman əti haram olan heyvanın südündən də faydalanmağı qəbul etməz.

Həkimlər bir xəstəlikdə yalnız eşşək südünün müalicə vasitəsi olduğunda israr etsələr, o zaman bu məsələ xəstəlik qarşısında tibbin aciz qalması anlamına gələr”.

R.Mirhəşimli bildirib ki, islam dini müsəlmanlara yalnız əlacsız qaldıqları halda haram olandan yemək icazəsi verir:

“Quranda haramla bağlı ayələrdən biri belədir: "O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir" ("Bəqərə" surəsi, ayə 173).

Bu ayədən başqa konkret hansı heyvanın ətinin yeyilib-yeyilməməsi fiqh üzrə fərqlənir. Bəzən bir məzhəb dənizdə yaşayan hansısa canlının ətinin yeyilməsini haram bilir, başqa bir məzhəb haram saymır. Bunun üçün konkret olan hansısa heyvanın ətinin yeyilib, yaxud yeyilməməsini sadalasam, hansısa məzhəbdə məqbul olan məsələyə qarışmış olaram”.

İlahiyyatçı Elşad Miri isə bildirib ki, islamda konkret olaraq haram olan donuz ətidir:

“Yəni eşşək ətinin və südünün istifadəsi barədə müsəlmana heç bir qadağa yoxdur. Lakin o zamanlar eşşəkdən minik vasitəsi kimi istifadə edildiyi üçün Xeybərdə (Mədinə yaxınlığındakı kiçik bir şəhər) qadağan edilmişdi. İndi də vəziyyət belədir ki, uzunqulaqdan çox az hallarda minik vasitəsi kimi istifadə olunur.

Bu səbəbdən artıq həmin qadağa keçərli sayılmır. Quranda qadağan olunan təkcə donuz ətidir. Təmiz və pak olan digər heyvanların əti yeyilə bilər”.

Uşaq həkimi, pediatr Vaqif Qarayev isə bildirib ki, bizdə uşaqlar arasında yayılan göyöskürək xəstəliyində eşşək südünün faydası haqqında inanc var, ancaq səhv inancdır:

“İstənilən heyvan südünün (at, qoyun, keçi, dəvə və s.) mənfi və müsbət tərəfləri olduğu kimi, eşşək südündə də bu xüsusiyyətlər var. Uşaqlara isə ümumiyyətlə heyvan südləri məsləhət görməzdim”.

Qeyd edək ki, Musavat.com Azərbaycanda ilk eşşək fermasının yaradıldığı haqda məlumat yayıb. Məhəmmədi qəsəbəsində yerləşən bu fermada heyvanların həkim nəzarətində olduğu, istehsal edilən südün isə standartlara uyğun qablaşdırıldığı bildirilir.

Eşşək südünün müalicəvi əhəmiyyətinə görə bu istehsalı normal qarşılayanlar olsa da, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkəmizdə eşşək südünün satılmasının yolverilməz olduğunu bildirib.

Tarix
2018.10.23 / 13:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla