Yuxarı

Fərda "Rəcəb İvedik"ə səsləndi: Gəl canlı vur - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə qardaşlığı kino sahəsində də özünü göstərməyə başlayıb.

Belə ki, DADA prodakşn və ARAN film iş birliyinə qərar verərək, komediya janrında film ərsəyə gətirməyi planlaşdırıb.

Bu barədə ARB TV-yə açıqlama verən DADA prodakşn əməkdaşları yeni "Yanlış anlama" adlı filmdə Azərbaycan və Türkiyə aktyorlarının da yer alacağını vurğulayıb.

Geniş heyət toplayan prodakşn olduqca təcrübəli aktyor və aktrisalara yer verib.

Komediya janrında lentə alınacaq filmdə Azərbaycandan Pərvin Abıyeva, İslam Mehrəliyev və Fərda Xudaverdiyev yer alacaq.

Mətbuat konfransı zamanı aktyor Fərda Xudaverdiyev, tanınmış türkiyəli aktyor Şahan Gökbakara zarafatla söz atıb: "Buradan Şahan abimə səslənmək istiyirəm. Bu işlər fiziklə olmur. Ekrandan vurmaq asandır. Gəl canlı-canlı vur".

Qeyd edək ki, filmin çəkilişləri həm Türkiyə, həm də Azərbaycanda baş tutacaq.

Tarix
2017.03.28 / 21:38
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla