Yuxarı

“Qurdlar vadisi”nin aktyoru Bakıda - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün dram və komediya janrında lentə alınan “Ol” filminin qalası keçirilib.

Musavat.com xəbər verir ki, “CinemaPlus” kinoteatrında baş tutan tədbirdə filmdə rol alan aktyorlarla yanaşı, “Qurdlar vadisi” serialının tanınmış aktyoru Tuncər Salman, incəsənət əhli və media nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən əvvəl rejissoru Namiq Ağayev ekran işi haqqında danışıb: “Çəkilişlər maraqlı keçdi. Peşəkar komanda ilə çalışdıq. İnanırıq ki, tamaşaçılar da filmi bəyənəcək. Əziyyətimiz hədər olmayacaq”.

Daha sonra baş rollarını Namiq Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva, Svetlana Həşimovanın ifa etdiyi “Ol” nümayiş olunub.

Film ssenarist və rejissor olan iki qardaşdan bəhs edir. Uğursuz premyera gecəsindən sonra sponsorlar tərəfindən döyülən və küçəyə atılan qardaşlar evə gedirlər. Yolda qarşılarına özləri kimi döyülmüş, təhqir edilmiş qız çıxır. Alicənab qəhrəmanlar dələduzların qurbanı olan qızı darda qoymadan onu da evə aparırlar. Özlərinə gəldikdən sonra bu xanımın varlığından ilhamlanıb yeni ssenari yazmağa başlayırlar. Təsadüf nəticəsində tanış olduqları qızcığaz onların yeni ssenarisində şahzadə qıza çevrilir. Qələmə aldıqları ssenari lentə köçmədən öncə həyatda canlanmağa başlayır. Sürətlə inkişaf edən hadisələr yazılanları qabaqlayır və təhlükəli vəziyyətlər yaranır.

Tarix
2018.04.26 / 17:24
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla