Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 May 2018


Behbudova həsr edilən sənədli film - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində SSRİ Xalq Artisti, görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudova həsr edilmiş “Nəğmə dolu bir ürəyəm” sənədli filminin təqdimatı olub.

Kult.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova müğənninin həyat və yaradıcılığından söz açıb. “Rəşid Behbudov fenomenal şəxsiyyət idi. Dünyada ikinci belə səs olmayıb. Bütün dünyada onu tanıyır və sevirdilər. “Arşın mal alan” filmindəki rolu ona ümumxalq rəğbəti qazandırdı. O, öz yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyəti fondunu zənginləşdirdi, Mahnı Teatrının əsasını qoydu, vətənin hüdudlarından uzaqlarda musiqimizi təbliğ etdi. Rəşid Behbudovun Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri var”, - deyə Z.Qafarova qeyd edib.

Rəşid Behbudovun qızı, Əməkdar Artist Rəşidə Behbudova “Nəğmə dolu bir ürəyəm” filminə görə Mədəniyyət Nazirliyinə və “Salnaməfilm” kinostudiyasına minnətdarlığını bildirib, onun xatirəsinin əbədi yaşayacağını deyib.

Rejissor Rauf Məmmədov diqqətə çatdırıb ki, filmin çəkilişi prosesində dahi müğənninin yaradıcılığına daha çox nüfuz edib. “Rəşid Behbudov ölümsüzdür, milyonlarla insan onun istedadının pərəstişkarı olub və bu gün də belədir. Bu filmin rejissoru olmaq mənim üçün böyük şərəfdir”, - deyə R.Məmmədov vurğulayıb.

Sonda görkəmli müğənninin həyat və yaradıcılığından bəhs edən sənədli filmin nümayişi olub.

Tarix
2018.05.05 / 16:35
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Zeynalabdin Tağıyev məşhur türk serialında - Video

“Gizli istiqlalçılar” təqdim edildi - Foto

Bütün sirlərimi ona deyirdim - Yastı Salmanın nəvəsi

Stallone növbəti “Rembo”nu çəkir

Fuad Poladov: Sevgilim, mən öləndə... - Video

“Bəxt üzüyü”nün aktyorları 27 il sonra - Foto

"Sultan Əbdülhəmid"dən Azərbaycana mesaj - Video

Rəşid Behbudova həsr edilən sənədli filmin təqdimatı olacaq

“Qurdlar vadisi”nin aktyoru Bakıda - Foto

Yeni baş nazirimiz “Fransız” filmində - Video

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla