Yuxarı

Azərbaycan hərbi yola qərar versə... - AKP-çi deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputat Necdet Ünüvar son günlər ermənilərin cəbhə xəttində intensiv təxribatlara əl atması nəticəsində baş verən hərbi toqquşmalara münasibət bildirib.

N.Ünüvar Teleqraf.com-a açıqlamasında deyib ki, hazırda Azərbaycan ordusu çox güclüdür və regionda təhlükəsizliyin qarantıdır:

“Baxmayaraq ki, Azərbaycanın güclü ordusu var, ancaq Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla deyil, sülh yolu ilə həllinə çalışır. Türkiyə də bu münasişənin diplomatik yollarla həll edilməsini arzu edir. Ancaq çox təəssüf ki, işğalçı Ermənistan sülh danışıqlarına əhəmiyyət vermir, hərbi yollara üstünlük verir. Bunun nəticəsində də qardaş Azərbaycan şəhidlər verir. Mən qardaş Azərbaycanın verdiyi şəhidlərə Allahdan rəhmət, yaxınlarına isə səbir diləyirəm. Tezliklə Azərbaycandan olan qardaş-bacılarımızın da öz yurd-yuvalarına qayıtmasını arzulayıram”.

AKP-çi deputat qeyd edib ki, Qarabağda gedən döyüşlər zamanı təkcə Azərbaycan itki vermir, işğalçı Ermənistanın da onlara vətəndaşı həlak olur:

“Bu müharibə erməniləri ancaq inkişafdan geri atacaq. Çünki o torpaqlar gec-tez öz sahibinə - Azərbaycan xalqına qayıdacaq. Ötən ilin aprelində baş verən hərbi toqquşmalar bir daha göstərdi ki, Azərbaycan ordusu hərbi yola qərar versə, işğal altında olan torpaqlar bir neçə günə azad olunacaq. Buna misal olaraq, Azərbaycan ordusunun işğaldan azad etdiyi strateji təpələri söyləmək olar. Azərbaycan təkcə müasir hərbi texnika və silahlar baxımından deyil, canlı qüvvə baxımından da Ermənistandan dəfələrlə üstündür. Yəni, bu gün işğalçı Ermənistanın müharibədə Azərbaycana qalib gələcəyini heç kəs ağılına belə gətirmir. Bunu erməni xalqı da dərk etməlidir”.

N.Ünüvar ATƏT-in Minsk Qrupunu da səmərəsiz fəaliyyətdə günahlandırıb:

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupu çox təəssüf ki, problemin gündəmdən çıxarılması ilə məşğuldur. Bəlkə də Minsk Qrupu olmasaydı, bu münaqişə daha çox dünyanın gündəmində qalacaqdı”.

Tarix
2017.02.27 / 18:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla