Yuxarı

Nazir bugünkü Moskva görüşü haqda: Hər şey ondan asılıdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qarabağla bağlı mövqeyi dəyişməz olaraq qalır.

Bunu Report-un Rusiya bürosuna açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Moskvada görüş təşkil edilməsi təşəbbüsü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi kimi çıxış edən Rusiyaya məxsusdur.

"Qarşıdakı danışıqlarda hər şey Ermənistan rəhbərliyinin siyasi iradəsindən asılı olacaq. Təbii ki, xarici işlər naziri yox, onun təmsil etdiyi ölkənin ali baş komandanını nəzərdə tuturam. Söhbət Qarabağ ətrafındakı işğal olunmuş ərazilərindən qoşunların çıxarılmasına hazırlıqdan gedir", - deyə Azərbaycan XİN başçısı bildirib.

Nazir qarşıdakı danışıqlardan müsbət irəliləyiş, müəyyən razılaşmaların əldə olunmasını gözlədiyini vurğulayıb.

E.Məmmədyarov, həmçinin görüşün mətbuat üçün qapalı olmasının Rusiya XİN-in protokol xidmətinin tələbi olduğunu qeyd edib: "Görüşün bağlı qapılar arxasında keçirilməsi özü özlüyündə nəsə maraqlı bir şey gözlənildiyindən xəbər verir".

"Danışıqların yekunları barədə rəsmi bəyanatlardan məlumat öyrənəcəksiniz", - E.Məmmədyarov bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin Moskvada görüşü keçiriləcək.

Tarix
2017.04.28 / 10:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla