Yuxarı

Rusiyanın İrəvana hərbi kredit ayırmasının səbəbi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml çalışır ki, Ermənistan hərbi cəhətdən Azərbaycandan geri qalmasın.

Bu sözləri Axar.az-a Azərbaycanın Rusiyadan silah almasının ardından Ermənistanın Kremldən hərbi kredit istəməsini şərh edən politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Rusiya hər iki ölkəyə tək hərbi deyil, siyasi yöndən də təsir etmək istəyir:

“Ermənistan tərəfi kredit və güzəştli şərtlər ilə Rusiyadan hərbi yardım alır. Azərbaycan isə nağd olaraq Moskvadan silah-sursat əldə edir. Rusiyanın məqsədi odur ki, hər iki tərəfin hərbi silahlanmasını nəzarət altında saxlasın. Azərbaycan Rusiyanın siyasətini başa düşür və bundan yararlanmağa çalışır. Rusiyaya hazırda real alıcı lazımdır. Ona görə də bizə verilən silahlar Ermənistana verilən silahlardan daha müasir və kefiyyətlidir. Ermənistan tərəfi buna görə narazıdır”.

Qeyd edək ki, bu gün Ermənistan Rusiyadan yeni hərbi kredit almaq üçün Moskva ilə danışıqlara başladığını bildirib. İrəvan sonuncu dəfə bu krediti keçən il almışdı. Bu kreditin həcmi 200 milyon dollar idi.

Tarix
2017.07.17 / 14:41
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla