Yuxarı

Millət vəkilindən AŞPA-da sərt çıxış: Bakıya qarşı yalanlar…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən bu gün başqa bir çıxış edəcəkdim, amma təəssüflər olsun ki, bəzi millət vəkillərinin, özəlliklə Ermənistan heyətinin ölkəm əleyhinə bir neçə gündür burda dilə gətirdikləri saxta ittihamlara, yalanlara cavab vermək məcburiyyətindəyəm.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Q.Paşayeva bu gün AŞPA-da “Azad müzakirələr” zamanı çıxışında deyib.

“Mən 12 ildir burda ölkəmin təmsilçisiyəm. Amma bu gün yalan-yanlış bilgilərlə “insan haqları” adı altında Azərbaycanı ittiham edən bəzi millət vəkillərinin Avropa Şurasının üzvü olan Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi nəticəsində öz evlərindən sürgün edilmiş 1 milyon azərbaycanlı qaçqının, məcburi köçkünün Ermənistan tərəfindən pozulmuş “insan haqlarını” müdafiə etmələrini heç bir zaman görmədim. Nə üçün yüz minlərlə azərbaycanlı qaçqının haqlarını pozan Ermənistana qarşı təzyiq tətbiq etmək üçün Assambleyamız heç bir addım atmır? Evlərinə dönə bilməyən 1 milyon azərbaycanlı məcburi köçkün Assambleyamızdan bu suallarına cavab gözləyirlər. Ermənistan bütün dünyanın gözləri önündə Azərbaycanın Xocalı şəhərində bir gecədə 613 insanı qətlə yetirdi, yüzlərlə insan o soyuq qış günlərində ağır yaralı olaraq canlarını zorla qurtardı. Ermənistan Xocalıda bir soyqırım həyata keçirdi və oradan sağ canlarını qurtara bilmiş çox az sayda məcburi köçkünlər bu gün də öz evlərinə dönə bilmirlər. Nə üçün bu insanların pozulmuş "insan haqları"nın müdafiəsi üçün Assambleyamız heç bir addım atmır? Nə üçün ikili standartlar davam edir?” - millət vəkili bildirib.

Q.Paşayeva qeyd edib ki, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayət törədənlər bu gün Ermənistanda yüksək vəzifə tuturlar və bu günə qədər ədalət qarşısında cavab verməyiblər:

“Baş katib Yaqland Azərbaycan əleyhinə çıxışlar edir. Amma onun doğrudan Ermənistan prezidentinin özünə birbaşa deməsinə baxmayaraq, Ermənistan dövləti onun və AŞPA-nın çağırışlarına məhəl qoymur, bu gün də qanunsuz olaraq girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi azadlığa buraxmır. Nə üçün cənab Yaqland və Assambleyamız bu insanların pozulmuş insan haqlarının müdafiəsi, onların azadlığa buraxılması üçün Ermənistana qarşı təzyiq göstərilməsi istiqamətində ciddi addımlar atmırlar? Dilqəm Əsgrov və Şahbaz Quliyevin ailəsi sizdən bu suallarına cavab gözləyirlər.

Ermənistan heyətinin neçə gündür Azərbaycan əleyhinə yalanlarla dolu açıqlamalarına gəlincə, buradan onlara demək istəyirəm ki, siz ASALA terror təşkilatının liderlərindən olan Varujan Karapetyandan bəhs edin. Fransanın Orli hava limanında Türk Hava Yollarının bürosuna bombalı hücum edərək 8 məsum insanın ölməsinə, 55 nəfərin yaralanmasına səbəb olan terrorçunun Ermənistan dövlətinin və siyasətçilərinin müraciətlərinə əsasən Fransada necə əfv edilməsindən və sizin onu Ermənistanda qəhrəman elan etməyinizdən bəhs edin. Terrorçunu qəhrəmana çevirən bir dövlətin millət vəkillərinin burda bizə insan haqlarından bəhs etmə haqları yoxdur. Biz burdan bu terrorçu və onunla birlikdə terrorlarda iştirak edən ermənilərlə bağlı araşdırmalar, istintaqın aparılmasını tələb edirik.

Və sonda, Myanmada, Arakanda müsəlmanlar əlehinə törədilən soyqırımın Assambleyada müzakirə edilməməsini və etiraz qərarı, bəyanatı qəbul edilməməsini qınayırıq. Avropa Şurası sərhədlərindən uzaqda olsa da, Assambleyamızı orada insanlıq əlehinə törədilən cinayətlərə səssiz qalmamağa çağırırıq”.

Tarix
2017.10.13 / 14:34
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla