Yuxarı

Rusiya İrəvana bu kreditinə görə məsuliyyət daşıyır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistana silahlanma üçün 100 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit ayırması rəsmi Moskvanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir. ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistanı faktiki əvəzsiz olaraq silah-sursat, hərbi texnika ilə təmin etməsi bu ölkənin vasitəlik missiyasına uyğun gəlmir. Bu addım işğalçı ölkənin mövqelərinin gücləndirilməsinə xidmət edir.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli bildirib ki, Rusiya təkcə ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünyada və regionda təhlükəsizliyin qorunmasına görə məsuliyyət daşıyır. Ermənistanın silahlandırılması isə regiondakı təhlükəsizlik mexanizmlərinə ciddi zərbə vurur, gərginliyin daha da artmasına zəmin yaradır. Ermənistanın silahlandırılması, eyni zamanda, Avropada adi silahlar haqqında Müqavilənin də kobud şəkildə pozulması deməkdir. Doğrudur, Rusiya bu Müqavilədə iştirakını dayandırıb, lakin ikinci dövlətlərə münasibətdə öz öhdəliklərindən imtina etməyib.

“Ermənistana uzunmüddətli kreditin şərtləri onu deməyə əsas verir ki, bu silahlar əslində əvəzsiz olaraq verilib, “uzunmüddətli kredit” isə prosesin pərdələnməsinə xidmət edir. Çünki Ermənistanın xarici borcu 7 milyard dollara yaxınlaşıb. Bu ilin 9 ayı ərzində işğalçı ölkənin borcu 1 milyard dollardan çox artıb. Ermənistanın mövcud durumu sübuta yetirir ki, rəsmi İrəvanın ona ayrılan krediti geri qaytarmaq imkanı yoxdur. Rusiyada da bunu yaxşı bilirlər. Bu prosesin Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində həyata keçirilməsi təəssüf doğurur. Çünki bu, ilk növbədə, Rusiyanın vasitəçilik missiyasını şübhə altına alır”, - deyə Elçin Mirzəbəyli qeyd edib.

Tarix
2017.10.16 / 00:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla