Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Yanvar 2018


Rusiyanın Suriya ilə bağlı – Şok planı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə həyata keçirilən Astana prosesi Əsədlə silahlı müxalifət arasında müvəqqəti atəşkəsin əsasını qoydu.

Axar.az xəbər verir ki, bu sözləri Suriya xalqlarının konqresinin Soçidə təşkil edilməsinin səbəblərinə aydınlıq gətirən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Kremlin bu addımının arxasında dayanan məqamlara işıq salıb:

“Rusiya hakimiyyəti görür ki, Suriyada faktiki İŞİD-in əsas hissəsi neytrallaşdırılıb, terrorçuların nəzarət etdikləri ərazilər xeyli daralıb. Moskva qorxur ki, bundan sonra Suriya müxalifəti Əsəd rejimi ilə çoxdankı problemlərini həll etməyə çalışacaq. Məsələ burasındadır ki, Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə həyata keçirilən Astana prosesi Əsədlə silahlı müxalifət arasında müvəqqəti atəşkəsin əsasını qoydu. Bu, zamanın tələbi idi. Çünki ortada İŞİD kimi ortaq düşmən var idi. İndi isə ortaq düşmən yox olmaq həddinə çatıb. Demək, növbəti mərhələyə keçib Suriyada hakimiyyət bölgüsü məsələsini gündəmə gətirməyin vaxtı yetişir. Bu mərhələdə isə Əsədi bəlkə də İŞİD-lə mübarizədən də ağır sınaq gözləyir. Əsəddən hakimiyyətini bölüşməyi tələb edəcəklər. Bu, avtoritar rejim üçün asan məsələ deyil. Rusiya əbədiyyətə qədər Əsədi qorumaq istəmir, bu, onun hərbi və diplomatik enerjisini sovurur. Ancaq Moskva Suriyada elə bir rejimin davamını arzulayır ki, növbəti hakimiyyət Əsəd kimi Rusiya ilə müttəfiqliyə sadiq qalsın”.

Politoloq bildirib ki, bunu həyata keçirmək Moskva üçün İŞİD üzərində qələbədən də ağır işdir:

“Birincisi, Suriya müxalifəti rəngarəngdir. Heç də bütün müxalifət təmsilçiləri Soçidə toplanmağa isti yanaşmır, bunu Moskva ilə Əsəd rejiminin hiyləsi sayır. Buna baxmayaraq, Soçidəki toplantıya qatılan müxalifət təmsilçiləri də olacaq. Elə Moskva və Dəməşqin də əsas məqsədi odur ki, müxtəlif müxalifət təşkilatları arasında fikir ayrılığı yaratsın. Suriyada müxalifətə iddia edən qüvvələr Avropadan tutmuş, İstanbul, Dubay, Ər-Riyad və Qahirəyə qədər şəhərlərdə qərargahlar qurublar. Ona görə də müxtəlif yerlərdə qərar tutan müxaliflər arasında təfriqə yaratmaq Rusiya üçün çətin olmayacaq. Moskva “parçala və hökm sür” siyasətinin ustasıdır.

İkincisi, Rusiya hakimiyyəti Soçidə keçirməyi planlaşdırdığı konqresə Suriya kürdlərinin təmsilçilərini də dəvət etməyi planlaşdırır. Moskvanın bununla bağlı yanaşması belədir: “Suriya kürdləri də İŞİD-lə mübarizədə əzmkarlıq nümayiş etdirdilər, ona görə də bu real güclə hesablaşmaq lazımdır”. Ancaq bu prinsipi Rusiya ilə birgə Astana dialoqunda iştirak edəcək Ankara qəbul edəcəkmi? Türkiyə hakimiyyəti haqlı olaraq Suriyada döyüşən kürd qruplaşmalarını terrorçu PKK-nın törəmələri sayır. Həmin kürdlər bunu Rakka şəhərini İŞİD-dən azad edərkən PKK lideri Abdullah Öcalanın böyük şəklini asma qla bir daha sübut etdilər. Bu baxımdan Rusiyanın “kürdlər də gəlsin” təklifini onun tərəfdaşı Türkiyə “PKK da gəlsin” kimi dəyərləndirib, Moskvaya ciddi etirazını bildirəcək”.

E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın növbəti Suriya həmləsi İŞİD-lə mübarizə qədər asan olmayacaq:

“Məsələnin başqa məqamı da odur ki, Suriyadakı kürd qruplaşmalara əsas hərbi dəstəyi ABŞ verdi. ABŞ isə Rusiyanın rəqibidir. Ona görə də Moskva kürdlərdən danışarkən özü də amerikanpərəst kürdləri o birilərdən ayırmaq məcburiyyətində qalacaq. Bu isə Moskva üçün asan məsələ deyil. Etiraf edək ki, Rusiya ordusu güclüdür və necə ki, ağır qanlar hesabına vaxtilə Çeçenistanı ram etdi, indi də eyni işi Suriyada başa çatdırmaq üzrədir. Sadəcə fərq ondadır ki, Rusiya Çeçenistanın tamamını ram etdisə, Suriyanı başqaları ilə bölüşmək məcburiyyətində qalıb. Suriyada ağır döyüşlər dövrü bitmək üzrədir. İndi diplomatiya dövrü gəlir və Suriyada barış üçün gərgin əmək sərf etmək lazımdır. Rusiyanın bunu bacaracağına ciddi şübhələrim var. Rusiya dağıtmağı və nəzarət etməyi yaxşı bacarır, Kreml bunu Ermənistanın torpaqlarımızı işğalı vasitəsilə də sübut edib. Ancaq quruculuq işi beyin oyunu və güzəşt deməkdir. Bunu Rusiya Suriyada bacaracaqmı? Çətin. Yəni elə ola bilər ki, Əsəd ordusu ilə silahlı müxalifət arasında vətəndaş müharibəsi başlaya bilər. Rusiyanın İŞİD-lə silahlı mübarizədən fərqli olaraq Suriyaya budəfəki müdaxiləsi və silahlı müxalifəti neytrallaşdırmağa çalışması başqa dövlətin daxili işlərinə qarışması kimi dəyərləndiriləcək”.

Qeyd edək ki, Suriya Milli Konqresi noyabrın 18-də Rusiyanın Soçi şəhərində öz işinə başlayacaq.

Tarix
2017.11.01 / 14:08
Müəllif
Aygün Yusibova
Şərhlər
loading...
Digər xəbərlər

Bakı üçün mühüm şans: Avropaya qapı açılır və...

İlham Əliyev 3 sərəncam, 3 fərman imzaladı

BAXCP sədri Özbəkistan səfirinə başsağlığı verdi

İlham Əliyev Mirziyayevə başsağlığı verdi

Primakov İsa Qəmbəri qorumaq tapşırığı verdi - Şok səbəb

Afrin qızışır: Türkiyə “PKK ovçusu”nu sərhədə yeritdi

Tramp Bakı ilə münasibəti necə quracaq? - Brayza

Kreml bu addımla Qarabağ konfliktini qızışdırır - Blank

Prezident yeni yarımstansiyanın açılışında - Foto

BMT baş katibindən Qarabağ açıqlaması: sülhə doğru addım...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla