Yuxarı

Azərbaycan Pakistanla yeni razılaşmalar imzalayır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Pakistan təhsil, idman və mədəniyyət sahələrində yeni razılaşmalar imzalamağı planlaşdırır.

Bu barədə Trend-ə müsahibəsində Pakistanın Xarici İşlər naziri Xavaca Məhəmməd Yusif deyib.

Nazir qeyd edib ki, hər iki ölkə zəngin tarixə, ənənələrə və mədəniyyətə malikdir.

"Nəsillərcə səyyahlar hər iki ölkəyə Böyük İpək Yolu ilə səyahət edib, buda ki, hər iki ölkənin mədəniyyətlərinin, mətbəx ənənələrinin və həyat tərzinin daha da zənginləşməsinə şərait yaratmışdır. Buna görə də biz, bütün bu sahələrdə əməkdaşlığımızı möhkəmləndirmək və gücləndirmək üçün çalışırıq ", - deyə Məhəmməd Asif bildirib.

Pakistan XİN-in başçısı vurğulayıb ki, onun ölkəsi Azərbaycanla sıx, səmimi və qardaş münasibətlər qurub: "Biz bu ümümi imana köklənən, mədəni ənənələrin və tarixin çoxsaylı məqamları ilə bağlı münasibətləri yüksək dəyərləndiririk".

Hal-hazırda Azərbaycan və Pakistan arasında normativ-hüquqi baza 30-dan çox sənədi əhatə edir. Azərbaycan artıq bir çox illərdir ki, Pakistana sosial sahənin müxtəlif istiqamətlərində dəstək göstərir. ов Məsələn, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi xətti ilə əlilliyi olan şəxslərin reabilitasiyası üçün zəruri olan 100-dən çox əlil arabası və müxtəlif avadanlıqlar təmin edilmişdir. Azərbaycan həmçinin Pakistan tələbələri üçün təqaüdlər təqdim edərək, ölkə sakinləri üçün pulsuz tibbi müayinələr keçirmiş və digər tibbi yardımlar göstərmişdir.

Tarix
2017.12.10 / 13:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla