Yuxarı

Felgenhauer: ABŞ Bakı və İrəvanı xəbərdar edir...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ həm Ermənistanı, həm də Azərbaycanı Rusiyadan silah almaqla bağlı xəbərdar edə bilər. ABŞ hər iki ölkənin Rusiyadan silah almasını qadağan edə bilməz, amma ABŞ-ın bu ölkələr üçün zəngin sanksiyalar arsenalı mövcuddur.

Axar.az xəbər verir ki, bunu Ermənistanın “168 Jam” qəzetinə müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib. Onun sözlərinə görə, rus silahının regiona axınının məhdudlaşdırılması zamanla bu ölkələrin özlərinin Rusiya silahlarından imtinasına gətirib çıxaracaq, əks təqdirdə ABŞ bu ölkələr üçün ciddi maliyyə problemləri yarada bilər:

“Bu, göründüyündən daha sistemli siyasətdir. Ona görə ki, bu siyasət uğur qazanacağı təqdirdə regionun militarizasiya səviyyəsi aşağı düşəcək. Lakin bu, tərəflərin konfliktin həllinə yaxınlaşması anlamına gəlməyəcək. Sadəcə, siyasi və diplomatik mənada olduğu kimi, hərbi baxımdan da boşluq yaranacaq.

Faktiki olaraq ABŞ bu boşluğu silah tədarükü ilə yox, diplomatik aktivlik və ya özünün regional mövcudluğunu artırmaq vasitəsilə təqdim edəcəyi yeni həll planı sayəsində həll etmək istəyir. ABŞ bu sanksiyalar vasitəsilə təkcə Rusiyanı Suriya və Ukraynada yox, həm də Moskvanın daha uğurlu olduğu Qarabağ konfliktində qarşısını almaq istəyir”.

Tarix
2018.02.15 / 13:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla