Yuxarı

Tiflis İrəvanı xilas edə bilməyəcək – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Rusiya ilə Abxaziya və Cənubi Osetiyadan ticarət dəhlizlərinə keçidə razılıq verməyə hazırlaşması Azərbaycanın maraqlarına ziddir.

Bu sözləri Axar.az-a Gürcüstanın Rusiya ilə Abxaziya və Cənubi Osetiyadan keçəcək ticarət dəhlizlərini açmağa hazırlaşması ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib.

“Gürcüstan müstəqil dövlətdir və bu, Tiflisin daxili işidir. Ancaq Ermənistanla dəhlizin açılması Azərbaycanın maraqlarına xidmət etmir. Ona görə də Bakı diplomatik kanallar vasitəsilə Gürcüstana mesaj yollaya bilər ki, Ermənistanla dəhlizin açılması Azərbaycanın əleyhinədir və Gürcüstan-Azərbaycan əməkdaşlığında müəyyən qədər suallar yarada bilər”, - siyasi şərhçi bildirib.

Politoloqun sözlərinə görə, sözügedən dəhlizin açılması Ermənistan iqtisadiyyatını canlandırmayacaq:

“Onsuz da bu dəmir yolundan öncə açıq olan bir nəqliyyat dəhlizi var ki, Rusiyadan böyükyüklü maşınlar qara yolla Ermənistana və əks istiqamətdə işləyir. Ancaq bu dəhlizin varlığı da Ermənistan iqtisadiyyatını canlandırmır. O üzdən sözügedən razılaşma Ermənistanın blokadadan çıxmasına səbəb olmayacaq”.

Qeyd edək ki, Gürcüstan Rusiya ilə Abxaziya və Cənubi Osetiyadan keçəcək ticarət dəhlizlərinin açılması ilə bağlı proses başlatmağa hazırlaşır.

Tarix
2018.05.22 / 14:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla