Yuxarı

Prezident Aprel döyüşünü boş yerə xatırlatmadı - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən sərsəm fikirləri və Azərbaycan əleyhinə səsləndirdiyi cəfəng iddiaları ilə küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilmədiyini sübut etdi.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki nitqini şərh edən millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, Azərbaycan bu müddət ərzində təmkinli və soyuqqanlı davranmaqla öz hərbi-siyasi gücünə nə qədər arxayın olduğunu nümayiş etdirdi:

“Əgər havadarları Ermənistanın arxasından əllərini çəksə, Cənubi Qafqazda belə dövlətin mövcudluğu şübhə altında qalacaq. 2016-cı ilin Aprel döyüşlərində Ermənistan əhalisinin əksəriyyəti əşyalarını toplayaraq, ölkədən qaçmağa hazırlaşırdılar. Siyasiləri isə Azərbaycan Ordusunu dayandırmaq üçün yalvarmadıqları dövlət qalmamışdı. İndi də öz siyasi çərənləmələriylə hər kəsi bezdirən Paşinyan, küçə hərəkatı ilə əldə etdiyi hakimiyyəti elə küçə siyasəti vasitəsilə də əlində saxlamağa çalışır. Bunun mümkün olmadığını gördükdə isə əhalinin aqressiyasını neytrallaşdırmaq üçün Azərbaycana qarşı verdiyi bəyanatları özünə siyasi sipər etmək istəyir. Azərbaycan Prezidenti İlham Əliyev isə bunun müqabilində bir tərəfdən hərbi-diplomatik yollarla özünə müttəfiqlər yaradır, digər tərəfdən isə ordu quruculuğu işlərini keyfiyyətcə yeni mərhələyə qaldırır. Cənab Prezident Biləsuvar rayonuna səfərində Aprel və Günnüt döyüşlərini xatırladaraq, Azərbaycan Ordusunun gücünü bir daha düşmənin yadına saldı.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bundan sonra da Ermənistana lazım olan vaxtda tutarlı cavab verəcək. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma oldu və əsgərlərimiz onlara dərsini verdi. Düşmən bu dərsdən sonra çətin ki, yaxın günlərdə özünə gəlsin. Yaxşı olar ki, Paşinyan özünün sərsəm açıqlamaları müqabilində Azərbaycan tərəfinin bu qətiyyətli addımlarını nəzərə alsın və Azərbaycan torpaqlarını işğaldan azad etmək barədə düşünsün. Əks təqdirdə onu sələflərindən də pis aqibət gözləyə bilər”.

Tarix
2018.09.19 / 16:49
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla