Yuxarı

İrəvan Rusiyanın maraqlarını satana qədər... - Mixaylov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylovla müsahibəni təqdim edir:

– Ermənistanda inqilabdan sonra qeyri-stabillik davam edir. Paşinyan dövlətin ona verdiyi resurslardan istifadə edərək öz rəqiblərinə qarşı təzyiqlərini artırır. Növbədənkənar parlament seçkisi istəyən Paşinyan gələcəkdə inqilab liderindən avtoritar liderə çevrilə bilərmi?

– Mənim fikrimcə, Paşinyanın ümummilli dəstəyin ardından məxməri inqilabla hakimiyyətə gəlməsinə baxmayaraq, o, hələ avtoritarizmdən uzaqdır. Ermənistan əhalisinin sayının az olmasına baxmayaraq, respublikanın inkişafı ilə bağlı əks baxışları olan siyasi partiyaların sayı həddən artıq çoxdur. Onların hərəsinin öz seçicisi var və aydındır ki, Paşinyan siyasi hakimiyyəti təkcə öz əlində cəmləşdirmək iqtidarında deyil. İnqilab qurtardı, problemlər isə qalmaqdadır. Onları birlikdə aradan qaldırmaq lazım gələcək. Üstəlik, xarici amillər olmadan bu mümkün olmayacaq.

– Paşinyan Qarabağla bağlı bəyanatlar səsləndirirdi. Nikol Paşinyan Qarabağ məsələsində nəyə güvənir və bu bəyanatlardan nə üçün istifadə etmək istəyir?

– Paşinyanın əvvəllər bu istiqamətdə verdiyi bütün bəyanatları artıq unutmaq olar. Bunlar Qarabağda Azərbaycana qarşı müharibəyə təşviq etmək istəyən millətçilər istiqamətində deyilən tamamilə populist sözlər idi. Daşkənddə keçirilmiş MDB sammitindən sonra Paşinyanın dəstəklənməmiş ifadələrini yumşaltmağa məcbur olduğunu müşahidə etdik. Və bundan sonra Nikol problemin diplomatiya yolu ilə həll edilməsinin lazım olduğunu anladı.

Onun jurnalistik nəşrlərini xatırlamaq yerinə düşər. Nikol özü keçmiş Ermənistan hökumətinin Qarabağ siyasətini pisləyir və məsələnin sülh yolu ilə həllinin tərəfdarı olduğunu açıq-aşkar deyirdi.

– Karasin “İzvestiya”ya müsahibəsində Paşinyanın Rusiyaya sadiq qaldığını sübuta yetirdiyini vurğulamışdı. Bu açıqlama Kremlin bu yöndə qərarının izharıdır?

– Karasinin belə deməsi təəccüb doğurmamalıdır. Diplomatlar həmişə məhz belə danışmağa məcbur qalırlar. Ermənistanın Rusiya ilə olan bağları hazırda silkələnir. Diplomatlar adətən kimin ona lazım olduğunu, kimlə müttəfiqlik etməli olduğunu bilməyən ölkələrlə bağlı belə bəyanatlar verir. Rəsmi Moskva Ermənistanın Rusiyanın milli maraqlarına qarşı çıxacağı günə qədər İrəvanı sıxmayacaq.

Hələ ki, bunu erməni hakimiyyətinin ayrı-ayrı təmsilçilərinin Rusiyaya qarşı ritorikası istisna olmaqla müşahidə etmirik. Onların səlahiyyətlərini Paşinyan yavaş-yavaş almağa başlayıb. Hər halda, buna cəhd edir.

Bu o deməkdir ki, Paşinyanın hazırda Rusiyaya qarşı birgə oynaya biləcəyi etibarlı oyunçu yoldaşı yoxdur. Həm də Rusiya dəstəyindən asılı vəziyyətdə olan cəmiyyət də hələ ki, belə bir addımı başa düşməyə hazır deyil.

Tarix
2018.10.08 / 13:55
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla