Yuxarı

Deputatdan ATƏT-ə Qarabağ iradı: Doğru ifadə edin

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında Azərbaycanın ərazisində mövcud olan münaqişənin məruzədə “Dağlıq Qarabağ münaqişəsi” adlandırılmasına etirazını bildirib.

Axar.az xəbər verir ki, Azay Quliyev Ermənistan və Azərbaycan arasında münaqişənin adında əhəmiyyətli bir düzəliş etməyin kifayət qədər zəruri olduğunu bildirib.

“İki ölkə arasında davam edən münaqişəyə nə siyasi, nə hüquqi, nə də coğrafi baxımdan Dağlıq Qarabağ münaqişəsi demək düzgün və anlaşılan deyil. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və Ermənistan bu ərazini, Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan digər 7 ətraf rayonla birlikdə 25 ildir işğal altında saxlayır. Münaqişənin mahiyyətinə görə onu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlandırmaq daha doğrudur. Məhz bu səbəbdən münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan liderləri arasında uzun illərdir danışıqlar aparılır. Ona görə xahiş edərdim ki, bu səhv aradan qaldırılsın və ATƏT PA-nın bundan sonrakı sənədlərində münaqişə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” kimi qeyd edilsin. Bu düzəliş bir çox sui-istifadələrin və siyasi manipulyasiyaların qarşısını almaq üçün də çox önəmlidir.”

ATƏT PA-nın prezidenti Corc Sereteli, ATƏT PA-nın vitse-prezidenti Lord Piter Bouness və ATƏT PA-nın Baş Katibi Roberto Montello Azay Quliyevin iradı ilə razılaşdıqlarını və bundan sonrakı sənədlərdə bu düzəlişi nəzərə alacaqlarını bildiriblər.

Daha sonra ATƏT PA-nın prezidenti Nazirlər Şurasının iclasında çıxışı zamanı Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi terminindən istifadə edib.

Tarix
2018.12.06 / 16:17
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla