Yuxarı

Avtobus sürücülərinin qiymət özbaşınalığı - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda bəzi avtobuslar Tarif Şurasının tələblərinə riayət etmir. 20 qəpiklik məsafəni 30 qəpiyə aparır. Bu da sərnişinlərin haqlı narazılığına səbəb olur. Artıq Bakı Nəqliyyat Agentliyi vəziyyətdən xəbərdardır.

Paytaxtda qiymətin 30 qəpik olması barədə avtobuslara elan vurularaq, sərnişinlərə xəbərdarlıq da edilib.

Söhbət ''20 Yanvar'' metrostansiyasının yanından Müşfiqabad qəsəbəsinə 114 saylı xətt üzrə sərnişin daşıyan avtobuslardan gedir. Artıq bir müddətdir bu avtobusdan istifadə edən sərnişinlər getdikləri məsafədən asılı olmayaraq, 30 qəpik ödəyirlər. Halbuki son dəyişikliyədək sərnişinlər qısaməsafəli gedişlər üçün 20 qəpik ödəyirdilər.

Sürücülər isə gedişhaqqının 30 qəpiyə qaldırılması barədə onlara göstəriş verildiyini bildirdilər.

O da məlum oldu ki, sərnişinlər avtobusun intervalından da narazıdırlar. Onlar həmin istiqamətdə yalnız 114 saylı marşrutun fəaliyyət göstərdiyini və bunun da tələbatı ödəmədiyini deyirlər.

Bakı Nəqliyyat Agentliyindən Xəzərxəbər-ə bildirilib ki, bu avtobuslarda Tarif Şurasının qərarı pozulub. Çünki Tarif Şurasının qərarına əsasən, 1-15 kilometr məsafədə avtobuslarda gedişhaqqı 20 qəpik, 15-25 km-də 25 qəpik, 25-30 kilometrlik məsafədə isə 30 qəpikdən artıq olmamalıdır. Faktla bağlı artıq agentlik tərəfindən daşıyıcı şirkətə xəbərdarlıq edilib.

Tarix
2016.11.25 / 22:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla