Yuxarı

Sənaye məhsullarında qiymət dəyişikliyi açıqlandı

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ildə Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 2015-ci ilə nisbətən 27,5 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 30,9 faiz, emal sənayesi üzrə 15,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 9,3 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 5,1 faiz artıb.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, 2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 21,7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 23,3 faiz, emal sənayesi üzrə 12,7 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 37,3 faiz artıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə dəyişiklik baş verməyib.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 23,4 faiz, metal filizlərin hasilatı üzrə 3,5 faiz artıb. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri neft məhsullarının istehsalı üzrə 23,1 faiz, toxuculuq sənayesi üzrə 7,5 faiz, kimya sənayesi üzrə 5,4 faiz, metallurgiya sənayesi üzrə 4,5 faiz, geyim istehsalı üzrə 3,2 faiz, qida məhsullarının istehsalı üzrə 2,5 faiz, tütün məmulatlarının istehsalı üzrə 1,4 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 1,3 faiz, kağız və karton istehsalı üzrə 0,2 faiz artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,9 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,6 faiz, içki istehsalı üzrə 0,5 faiz, tikinti materiallarının istehsalı üzrə isə 0,3 faiz azalıb.

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.

Tarix
2017.01.13 / 23:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla