Yuxarı

Bakıda əlillər üçün teatr yaradıldı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 9-da A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Əlil Qadınlar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “İcma Teatrı”nın təqdimatı olub.

Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi ilə “Culture and Menegement Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda regional mədəniyyət və incəsənət” layihəsi çərçivəsində reallaşıb.

Yeni yaradılan teatr yaşından asılı olmayaraq əlilliyi olan və bu sahədə istedadlı insanlar üçün nəzərdə tutulub.

Təqdimatdan əvvəl layihənin rəhbəri Azərbaycan Dövlət “Yuğ” Teatrının direktoru Tərlan Rəsulov AzərTac-a bildirilib ki, təqdim olunacaq teatrın ilk səhnə əsəri ailə-məişət mövzusundadır. Əlilliyi olan uşaqlar tərəfindən nümayiş olunacaq tamaşa səhnəcikləri üç ay sürən treninq və məşqlər zamanı ərsəyə gəlib. T.Rəsulov söyləyib ki, gələcək treninqlər zamanı “Playback Theatre”, “İnvisible Theatre”, “Forum Theatre” və digər üslubların işlənməsi və müxtəlif ifadə vasitələrindən yararlanmaq da planlaşdırılır. Layihə üzrə nəzərdə tutulan bütün fəaliyyət istiqamətində yaradılacaq təşəbbüs qrupunun tam müstəqil formada tamaşa qurmaq bacarığına yiyələnməsi və bunu praktiki olaraq nümayiş etdirmələri daha da təkmilləşdiriləcək.

Vurğulanıb ki, teatrın yaradılmasında məqsəd əlilliyi olan insanları vahid sənət ocağı ətrafında birləşdirməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasını bərpa etmək, istedadlarının üzə çıxarılmasında dəstək olmaqdan ibarətdir.

Daha sonra tamaşa təqdim olunub. Xronometrajı bir saat olan tamaşada iştirak edənlər bir daha məharətlərini göstərərək maraqlı səhnəciklərlə çıxış ediblər.

Təqdimat böyük maraqla qarşılanıb.

Tarix
2017.01.09 / 20:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla