Yuxarı

"Bu kitabların Azərbaycanda yayılmasını istəmirik"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun var. Bu qanuna əsasən, Azərbaycanda nəşr olunan və Azərbaycana gətirilən dini məmulatlar, o cümlədən kitablar rəy alındıqdan sonra yayıla bilər.

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri qeyd edib ki, bir sıra nəşrlər və xaricdə çap olunmuş kitablarda məzhəblərarası, təriqətlərarası qarşıdurmanı təşviq edən, buna çağıran fikirlər öz əksini tapıb: “Bu cür kitabların Azərbaycanda nəşri və yayılmasını məqsədəuyğun hesab etmirik. Çünki bu cür kitabların yayılması ölkədə məzhəblərarası qarşıdurmanın təşviqinə və təbliğinə gətirə çıxara bilər".

Komitə sədri əlavə edib ki, əksər ölkələrdə bu cür kitabların yayılması ilə əlaqədar məhdudiyyətlər var və bu həm beynəlxalq hüquq normalarına, həm də ölkələrin qanunlarına uyğundur: "Xüsusilə ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərdə bunu nəzərə almaq lazımdır. Biz görürük ki, dini radikalizmi təşviq və təbliğ edənlər var, onlara qarşı da mübarizə aparılır. Bizdə bununla bağlı xüsusi qrup var və bu məsələnin üzərində işləyir”.

Tarix
2017.01.20 / 11:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla