Yuxarı

Silahlı Qüvvələrdə yeni tədris dövrü başladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri və idarəetmə orqanlarında yeni tədris dövrü başlayıb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, ordumuzun qarşısında qoyulan tapşırıqlar Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə yerinə yetiriləcək.

Silahlardan plana uyğun və ardıcıl surətdə istifadə olunması ilə qoşunların idarəedilməsinin səmərəliliyinin artırılması, qarşılıqlı uzlaşmanın gücləndirilməsi, döyüş növbətçiliyinin keyfiyyətli təşkili, şəxsi heyətin döyüş qabiliyyətinin, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsi yeni tədris dövrünün əsas məqsədlərindəndir.

Maddi-texniki bazanın gücləndirilməsi, əsaslı planlaşdırma və digər təşkilati məsələlər yeni tədris dövründə döyüş hazırlığının daha keyfiyyətli təşkilinə imkan yaradacaq.

Müdafiə nazirinin göstərişi ilə əsas diqqət şəxsi heyət tərəfindən müasir döyüş texnikası və silah-sursatın müxtəlif iqlim, çətin relyef şəraitində düzgün istifadə və tətbiq edilməsi bacarıqlarının daha da artırılmasına yönəldiləcək.

Tarix
2017.01.30 / 16:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla