Yuxarı

Prezidentdən xoş xəbər: 60 bina, ticarət evləri…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyata keçiriləcək tədbirlər nəticəsində tikinti materiallarının istehsalı və inşaat sektorunun inkişafına ciddi təkan veriləcək.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib.

Prezident bildirib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə artıq birinci şəhərcik inşa edilməyə başlayıb və 30-a yaxın binanın tikilməsi nəzərdə tutulur:

“Növbəti 1-2 il ərzində Ağ Şəhərdə 60 bina tikiləcək. Bakı şəhərində köçürülmə yolu ilə icra ediləcək layihələrin sayı da 60-a yaxındır və onlarla fərdi qaydada yeni binalar tikilir”.

Prezident Azərxalça Açıq Səhmdar Cəmiyyətinin filiallarının sayının bu il 10-a çatdırılacağını deyib.

Turizmlə bağlı görülmüş işlərdən danışan İlham Əliyev Azərbaycanın beynəlxalq turizm üçün çox cəlbedici ölkəyə çevrildiyini söyləyib:

“Azərbaycanda və Bakı şəhərində dünyanın aparıcı otellər şəbəkələrinin mehmanxanaları var.

Azərbaycanın zəngin mədəni irsi, gözəl mətbəxi, iqlimi, müasir turizm infrastrukturu vardır. Ölkədə hökm sürən sabitlik, təhlükəsizlik - bütün bunlar turistləri cəlb edir.

Yaxın zamanlarda ixrac potensialının təbliği üçün bir neçə ölkədə Azərbaycan ticarət evləri açılacaq”.

Tarix
2017.01.31 / 17:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla