Yuxarı

Şamaxıda "Qar gəlin" - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qar yağanda ilk iş qartopu oynamaq, ya da qar adamı - yəni şaxta baba düzəltməkdi. Ancaq bu dəfə "baba" yox, gəlin hazırladılar. İncəsənətə marağı olan 23 yaşlı Şamaxı sakini qardan hazırladığı gəlinlə diqqət mərkəzindədir.

ARB Şəki xəbər verir ki, bütün incəliklərin əks olunduğu heykəltəraşlıq nümunəsini xatırladan bir əsər, "qar gəlin"dir.

Yağan qarı fürsət bilən Samir Xanməmmədov öz bacarığını bu şəkildə nümayiş etdirib. Bir neçə saat içərisində qardan gəlin hazırlayıb. Gənc qar gəlinin geyimini, saç düzmünü və sifət quruluşunu detalları ilə işləməyə çalışıb. Adət - ənənələrə uyğun olaraq, belinə qırmızı lent bağlayıb, əlinə gül də verib.

Nəticədə ortaya bu cür maraqlı əl işi çıxıb. Qardan gəlinin hündürlüyü isə 1 metr 65 santimetrdir. Qaşı, gözü, geyimi ilə adi gəlinlərdən heç də geri qalmayan qar gəlin böyükdən balacaya hər kəsin diqqətini cəlb edib. Hətta qar gəlinlə şəkil çəkdirmək istəyənlər növbəyə düzülüb. Havaların isinməsi ilə qar gəlinin əriməməsi üçün axşam saatlarında üzərinə soyuq su tökülür. Samir deyir ki, bu şəkildə gəlini mümkün qədər qorumağa çalışacaq. Təbii ki, bir yerə qədər. Havalar isinər-isinməz qar gəlinin də qəmi artacaq, əriyib suya dönəcək.

Tarix
2017.02.20 / 19:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla