Yuxarı

Türkiyədə ilk Xarı bülbül abidəsi açıldı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Bolu vilayətində Qarabağ parkı və Xarı bülbül abidəsinin açılış mərasimində iştirak edib.

Axar.az xəbər verir ki, mərasimə Azərbaycan və Türkiyə millət vəkilləri, ziyalıları, türk dünyasının müxtəlif bölgələrindən gəlmiş aydınlar, Bolu valisi və bələdiyyə başqanı, QHT, KİV rəhbərləri, yüzlərlə yerli sakin qatılıb.

Bolu bələdiyyə başqanı Alaəddin Yılmaz bildirib ki, bir neçə ay əvvəl bölgədə Qarabağ problemi ilə bağlı konfrans verən millət vəkili Q.Paşayeva Boluda Qarabağ parkı təklifi ilə çıxış etdiyi zaman bir bələdiyyə başqanı olaraq, tezliklə bu təklifin reallaşacağını söyləyib və bu gün bu parkın açılışını həyata keçirməkdən çox məmnundur.

Azərbaycana böyük sevgi bəslədiklərini deyən Yılmaz və Bolu valisi Aydın Baruş bildiriblər ki, Qarabağ, Xocalı soyqırımı ağrısı bütün türklərin ağrısıdır.

Q.Paşayeva Bolu bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür edərək, Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsi, beynəlxalq təşkilatların bunun üçün rəsmi İrəvana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə danışıb. O, Boluda Qarabağ parkı və Qarabağ, Xarı bülbül abidəsinin açılışının dosta, düşmənə ciddi bir mesaj olduğunu deyib:

“Qardaş Türkiyədə ilk Xarı bülbül heykəli Boluda açıldı. Heykəlin memarı Akif Əsgərovla heykəl hazırlanmadan öncə geniş müzakirələr apardıq. Xarı bülbül abidəsinin üzərində Azərbaycanın və bütün türk dünyasının böyük şairləri, aydınları Molla Pənah Vaqif və Xan qızı Xurşidbanu Natəvanın kiçik heykəlləri, qədim Şuşa məscidi, muğam musiqimizi üçlük, Xocalı soyqırımını əks etdirən fəryad edən ana abidəsi öz əksini tapıb”.

Çıxışlardan sonra əməkdar artist Nuriyyə Hüseynovanın “Qarabağ şikəstəsi” ifasının sədaları altında Qarabağ parkı və Xarı bülbül abidəsinin açılışı olub, parkın və abidənin lenti kəsilib, şəhidlərimizin ruhuna dualar oxunub.

Tarix
2017.02.23 / 14:15
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla