Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Yanvar 2018


Türkiyə polisi İstanbuldakı qətldə Rövşən Lənkəranskinin izini tapdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranskiyə azərbaycanlı MTN-çi yardım edib?

"Haberturk" saytı Türkiyə MİT-ində olan qaynaqlara istinadən, ilginc məlumat yayıb. Sayt azərbaycanlı iş adamı Əli Həmidov 2013-cü ilin 17 avqustda İstanbulun Baxçaşəhər bölgəsində lüks bir binanın hovuzunda döyüldükdən və işgəncələrə məruz qaldıqdan sonra güllələnərək öldürülməsini araşdırıb.

Qətli binanın mühafizəsini aldadıb minibusla içəri girən 6 şəxs törədib. Qatillər iş adamı Əli Həmidovun yanındakı sevgilisi Asiyət Alaşovanı da ağır yaralayıb və bir anın içində yoxa çıxıblar.

Ağır ayaralanan Asiyət Alaşovanın ilk yardımdan sonra özünə gələndə türk polisinə verdiyi ifadədə ən önəmli ipucu əldə edilib. Alaşova Həmidovun son nəfəsində "Rövşən" adını qulağına pıçıldadığını deyib.

Qumarla qazanılan milyonlar

Alaşova məşhur kriminal avtoritet Rövşən Lənkranski ilə bağlı polisə bu məlumatları verib: "Əli bir neçə il əvvəl narkotik cinayətinə görə Rusiyada həbs olunmuşdu. Türmədə daha əvvəldən tanış olduğu Azərbaycan əsilli kriminal avtoritet Rövşən Lənkəranski ilə birlikdə qumar oynayıb. İkisi birlikdə çoxlu pullar qazanıblar. Əli 7-8 ay sonra həbsdən çıxdı. Amma bir müddət sonra arxasınca adamlar düşdü və qumarda uduzulan pullarını istəməyə başladılar. Axırıncı dəfə ona zəng vuran Rövşən Lənkəranskiyə Əli, "Bütün qumar pullarını uşaq evlərinə verdim, məndə pul yoxdu", - dedi. Sonra təhdidlər almağa başladı. İyul ayında Türkiyəyə gəldik. Məqsədimiz iş yeri açmaq idi. Vurulanda Əlinin başını qucağıma aldım. Son nəfəsində "Rövşən" dedi".

Lənkəranskinin başına 5 milyon

Türk polisinin apardığı istintaqda bir nömrəli şübhəli Rövşən Lənkəranskidir. Araşdırma nəticəsində Lənkəranski ilə bağlı maraqlı məlumatlar əldə olunub. Rusiya mafiyasının ən önəmli adlarından olan Lənkəranskinin başına bəzi mafiya qrupları tərəfindən 5 milyon dollar qoyulub. 16 Aprel 2013-cü ildə "rus mafiyasının atası" kimi tanınan kürd əsilli Ded Xasanın (Aslan Usoyan) qatili kimi də Lənkəranski günahlandırlır. Lənkəranskinin başına milyonlar bu hadisədən sonra qoyulub.

MTN-çi Lənkəranskiyə yardım edib?

"Haberturk"un bu müdhiş iddiası isə Azərbaycanda bomba effekti yarada bilər. Sayt Türkiyə polisindəki qaynaqlarına dayanaraq, Lənkəranskinin Həmidovu Qafar adlı azərbaycanlı kəşfiyyatçının əliylə tapdığını yazır.

Bildirilir ki, Qafaq adlı kəşfiyyatçı Əli Həmidovun yerini müəyyənləşdirib və bundan sonra Lənkəranski İstanbula gəlib. Əməliyyat planını da Qafarın hazırladığı iddia edilir.

Tarix
2013.09.10 / 10:09
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Votsapdan daha bir yenilik

Kür çayının səviyyəsi 80 sm azaldı

Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırır

Baş prokuror vətəndaşlarla görüşdü

Yeni, müasir silahlarımız Bakıda - Video

Həbsdə olan şair məhkəməyə müraciət etdi

O zaman millət bunun üçün birləşmişdi – Bülbüloğlu

Deputat başçı ilə problemləri müzakirə etdi - Foto

Lənkəranskinin qardaşı: Rövşənlə bir şəklim də yoxdur

İcazə verildi: Azərbaycanda at əti...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla