Yuxarı

Xəbərdarlıq: Havalar kəskin soyuyur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 14-18° isti olacağı gözlənilir. Bakıda gecə 7-9° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Tibbi-meteorolji proqnoza görə, aprelin 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 22-də güclü xəzri küləyinin 23-də arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, aprelin 22-dən 25-dək ölkə ərazisində hava şəraitinin küləkli olacağı, qərb, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı, aprelin 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağllıq ərazilərdə qar yağacağı ehtimalı var.

Tarix
2017.04.21 / 13:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla