Yuxarı

Keyfiyyətsiz siqaretlər bazara axın edir - Akademik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda keyfiyyətsiz siqaretlər bazara axın edir və ölkədə siqaretə meylliliyin çoxalması fonunda bu, ciddi təhlükədir.

APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda dəyirmi masada deyib. O bildirib ki, Azərbaycanda siqaret çəkənlərin sayı digər keçmiş sovet ölkələrindəki göstəriclərlə eynidir:

“Qadağalar qoysaq da, siqaret çəkənlərin, tütündən istifadə edənlərin qarşısını tam almaq mümkün olmayacaq. Təəssüf ki, siqaret istehsal edən böyük şirkətlər siqaret satışını məhdudlaşdırmaq istəyən ölkə olanda öz məhsullarını inkişaf etməkdə olan digər ölkələrə göndərirlər. Eyni markadan olan siqaretlərin başqa ölkələrdəki keyfiyyətinə baxanda keyfiyyət heç də eyni olmur. Yəni, keyfiyyətsiz siqaretlər bazara axın edir. Bəzi layt siqaretlərin üzərində nikotinin az olması barədə məlumatın yazılması ona qarşı mübarizəyə problem yaradır. Nə layt, nə də layt olmayan siqaretlərin insan orqanizminə ziyansız olması barədə verilən məlumatlar absurddur”.

Tarix
2017.04.27 / 14:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla