Yuxarı

Deputatlar NATO-nun sessiyasında iştirak edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 26-da Tiflisdə NATO Parlament Assambleyasının yaz sessiyası başlayacaq.

Milli Məclisin mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, sessiyada Azərbaycanı Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildir.

Sessiyanın komitə iclaslarında Suriyada və İraqda müharibənin humanitar aspektləri, sosial media inqilabının siyasi və təhlükəsizlik baxımından nəticələri, Qara dəniz regionunda sabitliyin inkişafı, ballistik raketdən müdafiə və NATO, kosmik fəzaya sahiblik və müttəfiqlərin müdafiəsi, NATO-Avropa İttifaqı əməkdaşlığı, Avropanın müdafiə sənayesi bazasının vəziyyəti, iqlim dəyişikliyi ilə əlaqədar xərclərin qiymətləndirilməsi, Rusiya-tərəfdaşdan rəqibə, NATO və Arktikada təhlükəsizlik, NATO-nun texnologiya üstünlüyünün saxlanılması, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyi və digər mövzular müzakirə olunacaq.

Z. Əsgərov və nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılacaq məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 29-da başa çatacaq.

Tarix
2017.05.25 / 20:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla