Yuxarı

Narkotikdən öldü, dostları meyitini küçəyə atdı - Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 26-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini Hümbət Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı onun paytaxt sakini Ceyhun Süleymanovun evində digər iki tanışı ilə birgə yüksək dozada heroin qəbul edərək ölməsi, bundan sonra C.Süleymanovun həmin şəxslərlə birgə cəsədi “Mercedes” markalı avtomobilində Şağan qəsəbəsi ərazisinə gətirib atmaları müəyyən edilib.

Xəzər rayon Polis İdarəsi 1-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Süleymanov tutulub. Digər şəxslərin tutulması üçün tədbirlər görülür.

Tarix
2017.05.29 / 13:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla