Yuxarı

Ön cəbhə sakinləri nə xahiş etdi? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Ramazan bayramı münasibəti ilə ön cəbhədə yerləşən Ağdam və Vahidli kəndində müəllimlər və sakinlərlə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili görüş zamanı Ramazan ayının bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıb. Ramazan bayramı münasibətilə müəllimləri və bir sıra sakinləri öz hədiyyələri ilə təbrik edən Qənirə Paşayeva ön cəbhədə yaşayan ziyalıların, insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışıb.

Millət vəkili müəllimlərin qayğı və problemləri ilə də maraqlanıb, yaxşı oxuyan şagirdləri də bayram münasibəti ilə təbrik edib, həmçinin kənd sakinləri ilə də görüşərək bayramlarını təbrik edib.

Ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Xanım deputat kəndə səfər zamanı sakinləri dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını, onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Sakinlər millət vəkilindən xahiş ediblər ki, ön cəbhə olan Ağdam kəndi yolunun vəziyyəti pisdir və onun düzəldilməsi üçün təkrar lazımi qurumlara müraciət etsin. Millət vəkilinin bununla bağlı müraciətlər etdiyini bildiklərini və bunun üçün təşəkkürlərini bildirən sakinlər məsələnin öz həllini tapması üçün Qənirə Paşayevadan təkrar bu məsələni dövlət qurumları qarşısında qaldırmasını xahiş ediblər. Bununla bağlı bir neçə dəfə müvafiq qurumlara müraciət etdiyini deyən millət vəkili Q.Paşayeva Bakıya dönən kimi hökumətə ön cəbhə sakinlərinin bu xahişi ilə bağlı təkrar müraciət edəcəyini vurğulayıb. O bildirib ki, doğurdanda Ağdam yolunun təcili düzəldilməsinə ehtiyac var və ümid edir ki, məsələyə yaxın zamanlarda baxılacaq.

Q.Paşayeva həmçinin Vahidli kəndinin bir sıra sakini ilə görüşüb, Ramazan bayramlarını təbrik edib, qayğı və problemləri ilə maraqlanb, həll istiqamətində müvafiq qurumlarla danışıb və addımlar atılıb. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.

Tarix
2017.06.24 / 13:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla