Yuxarı

Türklərə ərə gedənlərin sayı niyə sürətlə artır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əminliklə deyə bilərik ki, hazırda qızlarımız rayona ərə getmək, kənd həyatını yaşamaq istəmir, sonrakı günlərini düşünmədən Türkiyəyə canla-başla getməyə razı olurlar.

Bu sözləri Axar.az-a ailə məsələləri üzrə ekspert Təvəkkül Əliyev əcnəbilərlə ailə quran qızlarımız haqda danışarkən deyib.

“Ümumiyyətlə, azərbaycanlı qızların əcnəbi vətəndaşlarla ailə qurması Azərbaycan psixologiyasında bəyənilmir. Bu, min illərin ənənəsidir. Lakin son 10-15 il ərzindəki müşahidələr göstərir ki, azərbaycanlı qızlarda əcnəbi gənclər, xüsusilə türkiyəlilərlə ailə qurmağa meyillər yaranıb.

Bunun birinci səbəb odur ki, türklərin və azərbaycanlıların adət-ənənələri, dili, dini, mətbəxi eynidir. İkinci tərəfdən, qızlarımız bir qədər firavan, rahat həyat axtarışındadırlar. Əminliklə deyə bilərik ki, hazırda qızlarımız rayona ərə getmək, kənd həyatını yaşamaq istəmirlər. Üçüncü səbəb isə qızlarımızın şan-şöhrət istəyidir. Yəni türkiyəliyə ərə getməklə onlar Türkiyəni gəzmək istəklərini, seriallardakı dəbdəbəli həyatı yaşamaq ümidlərini gerçəkləşdirmək istəyirlər“, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, türkiyəliyə ərə gedən qızlarımız arasında boşanmış qadınlar üstünlük təşkil edir. Bunun səbəbi isə Azərbaycanda boşanmış qadınların yenidən ailə həyatı qurmağının birmənalı qarşılanmamasıdır:

“Bir az mühafizəkar düşüncəli insan olmağıma baxmayaraq, qızlarımızın türkiyəlilərə ərə gedməsinə çox kəskin mövqe bildirmirəm. Ancaq qızlarımız ərə gedərkən maddiyyatı daha çox göz önünə gətirirlərsə, o zaman xoşbəxtlikdən daha çox bədbəxtliyi göz altına alsınlar. Təbii ki, insan öz həyatını qurmaq üçün müəyyən maddi imkana malik olmalıdır. Lakin bu yalnız maddi maraq olduqda, qarşılıqlı hisslər arxa plana keçdikdə artıq ailədən söhbət gedə bilməz. Ancaq bu gün dünyanın müxtəlif ölkələrinə inteqrasiya etdiyimiz dövrdə beynəlmiləl ailələrin yaranması artıq zərurətdir.

Ümumiyyətlə, bəzi türksoylu xalqlarda boşanmış qadınların ailə qurmağına o qədər də pis baxılmır. Məsələn, Orta Asiya türk xalqlarında subay qızlardan daha çox boşanmış qadınlarla ailə qurmağa üstünlük verilir. Çünki boşanmış qadınlar ev işlərində daha səriştəli olurlar. Ancaq Azərbaycanda boşanmış qadınla ailə həyatı qurmağa psixoloji-mental maneələr var. Nə ailələr arasında buna yaxşı baxılır, nə də subay gənclər arasında. Buna görə də boşanmış qızlar müəyyən qədər çarəsizlikdən əcnəbilərlə ailə qurmağa üstünlük verirlər“.

Tarix
2017.06.25 / 09:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla