Yuxarı

Narkotik qəbul edib, tibb işçilərinə hücum etdilər - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:48

Tovuz rayonunda tibb işçilərinin xəsarət alması ilə nəticələnən insident baş verib.

Report xəbər verir ki, təcili yardım maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilən xəstənin narkotik maddələrin təsiri altında olan yaxınları tibb işçilərinə hücum ediblər.

İlkin məlumata görə, nəticədə bir neçə həkim və tibb bacısı müxtəlif dərəcəli xəsarət alıb.

***

Tovuz Rayon Mərkəzi Xəstəxanasında baş verən hadisənin təfərrüatları məlum olub.

Hadisəni xəstəxananın Təcili tibbi yardım şöbəsinə mütəmadi olaraq zəng edən şəxs törədib.

Hazırda adı məlum olmayan şəxs çağırış zənginə gec cavab verildiyinə görə bir neçə nəfərlə xəstəxanaya gəlib və orada dava salıb. Nəticədə şöbənin həkimi, 1956-cı il təvəllüdlü Əliyev Eldəniz İbrahim oğlu və tibb bacısı Əjdərova Məkanə yumruq və sillə xəsarətləri alıb.

Bildirilir ki, bu şəxs mütəmadi olaraq müxtəlif səbəblərə görə "103" xidmətinə zəng edərək "təcili yardım" çağırır, əksər hallarda telefonlara cavab verən dispetçeri və hadisə yerinə gedən tibb işçilərini təhqir edir, hətta onlara qarşı zor tətbiq edir. Növbəti zəng zamanı dispetçer Qovlar kəndindən çağırış qəbul etdiyi üçün ikinci telefona gec cavab verib və həmin şəxs telefonda xəstəxana əməkdaşını söyüb. O, bir qədər sonra bir neçə nəfərlə əlində çomaq xəstəxanaya gələrək dispetçerlə mübahisəyə başlayıb. Bu zaman həkim E.Əliyev onları ayırmaq üçün araya girib. Lakin sözügedən şəxs həkimin üz nahiyəsinə bir neçə yumruq zərbəsi vurub. O, daha sonra tibbi bacısı M.Əjdərovaya hücum edərək ona bir neçə sillə vurub. İnsident nəticəsində həkim üz və qol nahiyələrindən xəsarət alıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2017.06.25 / 13:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla