Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyul 2017


“Pasha Bank” Türkiyə bazarına girir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hüriyyet"in verdiyi xəbərə görə, iyun ayında mərkəzi Bəhreyndə yerləşən TAİB bankını Dubay şeyxi Əl Maqtumdan alan Aksoy Holdinq bankın sərmayəsini 80 milyon artıraraq əksər hissəsini satmağı planlaşdırır. Aksoy Holdinqin başçısı Ərdal Aksoy sərmayə artımını və Azərbaycandan bir bankla görüşlər keçirdiyini təsdiqləsə də, ortağının adını açıqlamayıb.

Sərmayə artımını təsdiqləyəndən sonra Azərbaycandan bir bankla görüşlərin sürətlənəcəyi gözlənilən Aksoy Holdinqin Azərbaycan bankına daha çox hissə verməyi planlaşdırdığı bildirilib. Aksoy Holdinqin İdarə heyətinin rəhbəri Ərdal Aksoy, "Biz Aksoy Holdinq olaraq enerji və turizm sektorunda fəaliyyətimizi böyütmək istəyirik. Bankçılıq bizimçün yeni işdir, çox da yaxşı bildiyimiz sahə deyil. Bankçılıq sektorunda yolumuza böyük ortaqla davam etmək istəyirik. Qısa müddətdə BDDK-dan 80 milyon sərmayə artımı üçün təsdiq gözləyirik. Bu ilin sonuna qədər razılaşma təsdiqlənər", - deyib.

Azərbaycan bankı Türkiyə bazarında

Azərbaycandan olan bir bankla görüşlər keçirdiyini, amma hansı bankla görüşdüyünü açıqlamayan Aksoy, "Azərbaycanda bankçılıqla məşğul olan bu bank indi də Türkiyə bazarına girmək istəyir. TAİB bankla ortaqlıq reallaşarsa, bankın böyüməsi mövzusunda ortaq addımlar atılacaq", - deyib.

Ortaq - Pasha Bank ola bilər

Uzun müddətdir ki, Türkiyə və Azərbaycan bankları qarşılıqlı olaraq Azərbaycan və Türkiyə bazarına girmək istəyirlər. Bir müddət əvvəl mərkəzi Bakıda yerləşən Pasha Bankın da Türkiyə bazarına girmək istədiyi mətbuatda əks olunmuşdu. Mütəxəsislərin fikrincə, TAİB bankın ortaqlığı üçün Aksoy Holdinqin görüşdüyü banklar arasında Pasha Bankın da ola biləcəyi ehtimalı var.

Tarix
2013.09.24 / 11:58
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanlı Türkiyədə qəza törətdi: 4 ölü

Bakı-Quba yolunda dəhşətli qəza: ana və azyaşlı qızı...

Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçirilir

Cəbhədə vəziyyət necədir? - Rəsmi

Büdcədən asılı olan universitetlər… - Ekspert

Xəzər silkələndi - Zəlzələ

Azərbaycanda havanın sərinləşəcəyi tarix açıqlandı

700 bal toplayanlar indi harada işləyirlər?

Bu avtomobil yolunda torpaq uçqunu baş verdi

Bəzi dairə seçki komissiyalarının tərkibində - Dəyişiklik

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla