Yuxarı

Cəbhədə tədbir: əsgərlərimiz döyüş mövqelərinə qayıtdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan hərbi hissə komandiri döyüş növbətçiliyinə daxil olan bölmələri təbrik edərək tövsiyə və tapşırıqlarını verib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordunun maddi-texniki bazasının gücləndirilməsi, bütün hərbi hissələrin müasir silah və texnika ilə təmin olunması, yeni hərbi hissələrdə və şəhərciklərdə müasir şəraitin yaradılması nəticəsində torpaqlarımızın etibarlı müdafiəsinin təmin edilməsi istiqamətində yüksək nailiyyətlər əldə edildiyini xatırladaraq hərbi qulluqçulara xeyir-dualarını veriblər.

Sonra bölmələrin hazırlığında xüsusi fərqlənmiş hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib. Döyüş növbətçiliyinə daxil olan şəxsi heyət nümunəvi xidmət göstərəcəkləri və düşmənə qarşı amansız olacaqlarını bildiriblər.

Tədbir rayon mədəniyyət evinin və dram teatrının kollektivinin iştirakı ilə davam etdirilib. Şəxsi heyətin birgə naharından sonra bölmələr təntənəli surətdə döyüş mövqelərinə yola salınıblar.

Tarix
2017.09.25 / 16:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla