Yuxarı

MM reklamla bağlı cərimə təklifini qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə cərimə tətbiq ediləcək.

Axar.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən bu əlavə müzakirəyə çıxarılıb. Təklif müzakirədən sonra səsə qoyulub və qəbul edilib.

Qeyd edək ki, sözügedən məcəllənin hazırkı variantına görə, süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada həvəsləndirilməsinə görə cərimələr tətbiq edilir. İndi isə cərimə həm də körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə də tətbiq ediləcək.

Fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər 250 manatdan 300 manatadək, hüquqi şəxslər 750 manatdan 1000 manatadək məbləğdə cərimələnəcəklər.

Tarix
2017.10.20 / 17:54
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla