Yuxarı

Sürücülərə şad xəbər: Bu cərimə ləğv edilir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, son bir neçə həftədə ən çox müzakirələrə səbəb olan cərimə ləğv edilir. Söhbət nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştiraka görə nəzərdə tutulan 40 manat cərimədən gedir. Bu maddənin İnzibati Xətalar Məcəlləsindən çıxarılması təklif edilir. Məcəlləyə ediləcək digər dəyişikliyə əsasən banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icazə olmadan təmirinə görə nəzərdə tutulan cərimə də ləğv edilir.

Axar.az Xəzər xəbər-ə istinadən məlumat verir ki, ekspertlər banı zədələnmiş nəqliyyat vasitəsini təmir edənlərə diqqətli olmağı tövsiyə edirlər.

Diqqəti yayındıra biləcək söhbətdə iştiraka görə nəzərdə tutulan cəza ləğv edilir. İnzibati Xətalar Məcəlləsinə təklif edilən təklifə əsasən, qanunun 342.1.2 maddəsi çıxarılır. Bu maddəyə görə nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da bunu doğru addım hesab edir.

İnzibati Xətalar Məcəlləsinə ediləcək digər dəyişiklik isə banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirinə görə 250 manat cərimə cəzasının ləğv edilməsidir.

Ekspert deyir ki, bu cəza da əksər hallarda tətbiq edilmirdi. Bununla belə ekspert Ərşad Hüseynov bu məsələdə sürücülərə, xüsusilə də nəqliyyat vasitəsini təmir edənlərə diqqətli olmağı tövsiyə edir.

Ərşad Hüseynov deyir ki, cinayət xarakteri daşımayan qəzalar zamanı təmir üçün tələb edilən arayışın verilmə proseduru sadələşdirilsə, daha yaxşı olar. Yəni əgər söhbət yüngül qəzadan gedirsə, elə yerindəcə arayışın verilməsi proseduru tətbiq edilərsə, bu sürücülərin işini yüngülləşdirər və əlavə vaxt itkisinə səbəb olmaz. Layihə Milli Məclisin noyabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Tarix
2017.11.06 / 23:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla