Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Yanvar 2018


Talıbov nümunəsi: Abutalıbov tətbiq edə bilərmi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan bölgəsi bəzi özəlliklərinə görə Azərbaycanın digər bölgələrindən nəzərə çarpacaq dərəcədə fərqlənir. Belə ki, Naxçıvanın küçələrində zibil və ya hər hansı çöp görə bilməzsiniz. Yol xidmətçiləri hər səhər və axşam küçələri təmizləyir, SSRİ dönəmindəki kimi maşınlar yolları sulayır.

Naxçıvanı görməli edən başqa məqam buradakı taksi və avtobus sürücülərinin Bakıdan fərqli olaraq tam nizamla xüsusi uniforma daşımalarıdır. Eynilə yenə də Bakıdan fərqli olaraq Naxçıvan şəhərində sürücülər dayanacaqdan kənarda avtobus saxlamırlar.

Naxçıvanda şəhərin xarici gözəlliyini təmin etməkdən ötrü paltarın ipdən asılması, həmçinin yas mərasimlərində xurma və halvadan başqa digər şirniyyatların və ehsanın verilməsi qadağandır. Maraqlıdır, görəsən, Vasif Talıbovun yarada bildiyi nizam niyə Bakıda mümkünsüz olur?

Məsələylə bağlı Axar.az-a danışan hüquqşünas Fərhad Mehdiyev cərimə üsulunun tətbiqinin effektiv üsul olduğunu bildirir:

"Cərimə - hər bir cəmiyyətdə effekt verən üsul sayılır. Məsələn, avtobus dayanacağında taksilər saxlayır. Onlara kifayət qədər cərimə tətbiq olunur. Əgər daha ciddi cərimələr tətbiq edilsə, onlar orada yox, başqa yerdə saxlayacaqlar. Əhalinin sıxlığına görə cərimənin sayı düzgün seçilməlidir. Məsələn, avtobus dayanacağında 10 avtomobil saxlayırsa, onların 10-u da birdəfəlik cərimə olunsa, inandırıram ki, 2-ci həftə orada heç kim maşın saxlamayacaq. Lakin həftədə 1 dəfə onların biri cərimələnirsə, o zaman cərimənin təsiri olmayacaq. Təbii ki, söhbət 1 manatlıq cərimədən yox, 50 manatlıq cərimədən gedir”.

Psixoloq Elnur Rüstəmov isə iri şəhərlərin əksəriyyətinin belə problemlərlə qarşı-qarşıya qaldığını söyləyib:

“Böyük şəhərlərdə həmişə belə problemlə rastlaşırıq. Bu məsələdə əsasən əhalinin sıxlıq dərəcəsinə, sənaye obyektlərinin, hündürmərtəbəli binaların çox olmasına diqqət eləmək lazımdır. Naxçıvandakı infrastrukturla paytaxt infrastrukturu müqayisə olunmur. Düzdür, orada da bu istiqamətdə çox böyük işlər görülüb, indi də aparılır. Lakin Bakıda da bir sıra dəyişiklik olub. Məsələn, Bakı 3 il bundan öncə necə idi, indi necədir? Axı, fərq var. İrəliləyiş göz önündədir. Bunlar ictimai nəqliyyatdakı sürücülərdə özünü büruzə verir. Qabaqlar hər zaman kanduktor olurdu, pulları o yığırdı. İndi onların demək olar ki, əksəriyyəti götürülüb. Düzdür, yenə də gün ərzində sosial şəbəkədə avtobus sürücüsüylə vətəndaş arasında konfliktlərin ortaya çıxdığının şahidi oluruq. Bunlar zaman-zaman formalaşan bir şeydir. Bu istiqamətdə davamlı olaraq maarifləndirmə işləri aparmaq mütləqdir. Bu maarifləndirmə işləri aparıldığı təqdirdə artıq insanlar da bunların onların sağlamlığı, psixoloji rifahı üçün vacib olduğunu görəcəklər. Naxçıvanda bu istiqamətdə çox böyük işlər aparılır və bu gün də onun nəticəsini görürlər".

Tarix
2017.11.09 / 09:20
Müəllif
Ülkər Həsənova
Şərhlər
loading...
Digər xəbərlər

20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirildi - Foto

Nazirin iki müavini eyni vaxtda işdən çıxarıldı

İstanbula və Kiyevə getmək istəyənlərə şad xəbər

Səhiyyə nazirindən əmr: Məmmədova vəzifə verildi...

İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı

Mikayıl Cabbarov bəstəkarın oğluna yüksək vəzifə verdi

Bakıda 272 kq narkotik vasitə ələ keçirildi

Məmmədyarovun Nalbəndyanla görüşü başa çatdı

General açıqladı: Bu cinayətlərin 92 faizinin üstü açılıb

Azərbaycanda 1335 km yol çəkildi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla