Yuxarı

Kəmaləddin Heydərov israilli həmkarı ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün İsrail Müdafiə Nazirliyi Fövqəladə halların idarə edilməsi Milli Agentliyinin rəisi Bezalel Trayberlə görüşüb.

FHN-dən Axar.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycanla İsrail arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın mövcudluğundan söz açaraq bu münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

İsrail Müdafiə Nazirliyi Fövqəladə halların idarə edilməsi Milli Agentliyinin rəisi Bezalel Trayber İsraildə baş vermiş meşə yanğınların qarşısının alınması zamanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən yardımları böyük minnətdarlıq hissi ilə xatırlayıb və iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Görüşdə gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalının fəaliyyəti ilə yerində tanış olublar.

Tarix
2017.12.21 / 14:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla