Yuxarı

Sürücüləri çaşdıran işıqfor: cərimə yazıla bilərmi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami rayonu, Qara Qarayev prospektində 2 işıqfordakı rəqəmli tablolar bir müddətdir sürücülərdə çaşqınlıq yaradır.

Bu barədə Axar.az-a məlumat verən sürücülər bildiriblər ki, rəqəmli işıqforlarda geri sayım 1-ə qədər öz axarı ilə gedir, 1-ə çatandan sonra isə yaşıl işığın yanması üçün növbəti rəqəmlər gəlmir. Arada əlavə olaraq 4-5 saniyə fasilə yaranır və daha sonra işıqforun növbəti rəqəmləri görünür.

Bu isə sürücülərdə çaşqınlıq yaradır. Bir çox sürücü qırmızı işığın sonuncu 1 rəqəmindən sonra dərhal sıfıra keçəcəyini düşünüb hərəkətə başlayır. Qırmızı işıq isə yaşıla keçmir. Belə olduğu məqamda sürücülər yanlışlığa yol verir. Faktiki olaraq işıqforun normal qaydada işləməməsi sürücüləri qayda pozmağa məcbur edir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bu həmin işıqforun mexanizmində olan səhvlik və problemlə əlaqədar ola bilər. Hüquqşünas təklif edir ki, bu halla qarşılaşmış sürücülər Dövlət Yol Polisi İdarəsinə müraciət etsinlər. Problem dərhal həll ediləcək.

Ə.Hüseynov bildirib ki, belə məqamlarda rəqəmli işıqforun rəqəmlərinə deyil, rənglərinə diqqət edilməlidir:

“Geriyə sayım rəqəmlərinə deyil, işıqforun əsas işıq bölmələrinə baxılmalıdır. İşıqforun 3 işığı var – qırmızı, yaşıl, sarı. Yaşıl işıq yanıbsa, avtomobil irəliləməlidir. Qırmızı işıq yanıbsa, durmalıdır. Rəqəmlərdə texniki problem, gecikmə ola bilər. Sürücü rəqəmə deyil, rənglərə baxsın. Əgər yaşıl işıq yanmayıbsa və sürücü hərəkət edirsə, bu, açıq-aşkar qayda pozuntusudur. Cərimə yazıla bilər”.

Hüquqşünas bildirib ki, rəqəm yansa da, yanmasa da, donub qalsa da yolda hərəkəti işıqforun rəngləri tənzimləyir.

Tarix
2018.01.19 / 15:01
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla