Yuxarı

Nazir soğanın qiymətindən danışdı: 70 qəpikdən baha...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soğanın maya dəyəri 32-35 qəpiyə başa gəlir.

APA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

"Əgər müəssisənin ərazidən topdan satış qiymətlərini götürsək, 35 qəpiyə başa gələn soğan 45 qəpiyə satılmalıdır ki, bu, fermerin gəlir əldə etməsinə şərait yaratsın. Bundan sonrakı mərhələdə müəssisənin topdan satış qiymətləri, onu daşıyanlar, qablaşdıranlar və s. haradasa üzərinə müəyyən marjalar əlavə edir. Bazarlarda yer almaq, saxlamaq yerindən asılı olaraq, haradasa 35 qəpiklik soğan 60, 65, 70 qəpiyə çıxır", deyə nazir bildirib.

H. Əsədov deyib ki, bu gün də soğanın pərakəndə satış qiyməti bu civardadır: "Bundan öncə, hətta devalvasiyadan əvvəl soğanın qiyməti 70 qəpikdən baha olub. Bu gün soğan özünün real qiymətini alıb. Belə olmasa, soğan istehsalçılarının növbəti illərdə bu məhsula diqqət yetirməməsi deməkdir. Bu halda, bizim ixracımız şübhə altına alınır. Bugünkü qiyməti normal qiymət hesab edirəm, inanmıram ki, qiymətdə dəyişikliklər baş versin", - deyə nazir vurğulayıb.

Tarix
2018.02.17 / 14:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla