Yuxarı

Ziya Məmmədovun villasındakı yanğınla bağlı - Rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.02.19, 12:21

İsmayıllı rayonunda ötən gecə yanan evin sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu məlum olub.

APA-nın xəbərinə görə hadisə fevralın 19-da saat 4:00 radələrində rayonun Buynuz kəndində qeydə alınıb.

Meşəlik və dağlıq ərazidə yerləşən, keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus böyük həyətyanı sahədə inşa edilən evlərdən biri yanıb.

Yanğın Ziya Məmmədovun villasının yanında taxtadan müasir üslubda inşa edilən 3 otaqlı, bir mərtəbəli mənzildə baş verib.

Villanı mühafizə edən və həmin mənzildə yaşayan İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov Rəsul Zöhrab oğlu telefonla zəng edərək yanğın barədə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib.

Ümumi sahəsi 144 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb.

Buynuz kəndi rayon mərkəzindən 25 kilometr aralıda yerləşdiyi və yanğın barədə FHN-nə gec məlumat verildiyi üçün alovun qarşısını almaq çətin olub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

Villanın yanındakı tikilinin Qubaxəlilli kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov Rəsul Zöhrab oğluna məxsus olduğunu qeyd edən ARB kanalı yanğının video və fotosunu yayıb.

***

Daxili İşlər Nazirliyi İsmayıllıda baş vermiş yanğınla bağlı məlumat yayıb

DİN-dən Axar.az-a verilən məlumata görə, fevralın 19-da saat 2 radələrində İsmayıllı rayonunun Buynuz kəndində rayon sakini Ruslan Bəbirova məxsus evdə odun sobasına nəzarətsizlikdən yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarətləri almış R.Bəbirovun azyaşlı uşaqları - Ömər və Zeynəb xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Tarix
2018.02.20 / 11:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla