Yuxarı

Ölkədə siyasi məhbus yoxdur - Siyavuş Novruzov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentə təşəkkür edirəm ki, vəkillər, cəza siyasətinin humanisləşdirilməsi ilə bağlı fərmanı ictimaiyyət tərəfindən müsbət qarşılanıb.

Axar.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

Deputat xatırladıb ki, nümayəndəlik institutu ləğv edilən zaman çoxları narahat idi:

“Biz gördük ki, cənab prezident insanların hüquqları ilə bağlı problemləri həll etdi. Bu, çox müsbət addımdır.

Qeyd edim ki, prezidentin təkcə fevralda imzaladığı fərmanla 1500 nəfərin cəzası yüngülləşdirilir və cəzasının çəkmədiyi hissəsindən azad edilməsi prosesinə başlanılır. Bu özü əslində əfvdir”.

S.Novruzov qeyd edib ki, son illər ölkədə çoxlu sayda əfv və amnistiya aktı qəbul edilib və bunun nəticəsində kifayət qədər insan azadlığa buraxılıb:

“Bizim keçmiş həmkarımız, I vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Amnistiya aktı qəbul edilib”.

Deputat bununla yanaşı deyib ki, bəzi media orqanları bütün bu tədbirləri tamam başqa cür işıqlandırmağa çalışır:

“YAP-ın mövqeyi belədir ki, 1993-cü ildən bu yana ölkədə siyasi fəaliyyətinə görə heç kəs həbs edilməyib. Hər bir kəs, üzvü olduğu partiyadan asılı olmayaraq, törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilib. Bəzən görürsünüz ki, mənim adımdan müxtəlif səpkili başlıqlar verilir. Mən bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Törətdiyi cinayətə görə həbs edilən şəxslər var. Bu şəxslərdən də kimsə səhvindən və törətdiyi cinayət əməlindən peşman olursa, əfvə düşür. Azərbaycan hüquqi dövlətdir və burada qanunun aliliyi hər şeydən üstündür”.

Tarix
2018.02.23 / 12:35
Müəllif
Nemət
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla