Yuxarı

Məktəblər niyə şəxsiyyət yetişdirə bilmir? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gənc Vətəndaş” İctimai Birliyi ali pedaqoji təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək, yeni tədris proqramına uşaq hüquqları ilə bağlı fənnin salınmasını təklif edib.

Axar.az xəbər verir ki, bu barədə “Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova məlumat yayıb. O bildirib ki, bu, müəllimləri yeni dövrün çağırışlarına hazırlamaq baxımından çox önəmlidir:

“Uşaqların müdafiə mexanizmi təhsildən başlamalıdır. Uşaqların hüquqları, müdafiəsi, uşaqlara qarşı zorakılıq əleyhinə yanaşma, əsasən onların tədrisi ilə məşğul olan müəllimlərdə olmalıdır. İndi müəllimlər öz ixtisası ilə bağlı mütəxəssis olurlar, amma uşaqlarla davranışı tam öyrənmirlər. Pedaqogika yeni standartlara cavab verməlidir, məsələn, uşaqlarla davranış, ünsiyyət, uşaq psixologiyası və s. prioritet təşkil etməlidir”.

G.Səfərovanın sözlərinə görə, indiki dövrün uşaqları texnoloji əsrin yetirmələridir və onlara fərqli yanaşılmalıdır. Ən əsası isə indiki müəllimlərin əksəriyyəti uşaq zorakılığı əleyhinə bilgilərini artırmalıdır:

“Bəzən tədris təlimi kölgədə qoyur. Bu da uşaqların şəxsiyyət kimi formalaşmasına mane olur. Uşaqların özünü təqdim etmək, öz bilik və bacarıqlarını nümayiş etdirməklə bağlı çox çətinlikləri olur. Burada ailə ilə yanaşı, müəllimlərin də günahı var. Azərbaycan məktəbləri şəxsiyyət yetişdirmək baxımından çox zəifdir. Çünki məktəblərdə müəllim çoxdur, pedaqoq azdır. Ona görə də müəllimlər ciddi hazırlanmalıdır”.

Tarix
2018.02.23 / 13:48
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla