Yuxarı

Məscidi partlatmaq istəyən daha bir nəfər tutulub - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycanda insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönələn hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsi hüquqazidd əməllərlə bağlı başlanılan cinayət işi üzrə daha bir nəfər - Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Elxan Oktay oğlu şübhəli şəxs qismində tutulub.

Bunu Trend-in "Ölkədə dini nifrət və ayrı-seçkilik zəminində qarşıdurma yaratmaq məqsədilə "cihad etmək haqqında fətva" verilməsi və Bakıda "Məşədi Dadaş" məscidinin axundunun qətlə yetirilməsi barədə çağırışlar edilməsi ilə bağlı açılan cinayət işində hasısa yeniliklər varmı?" sorğusuna cavabında Milli Təhlükəsizlik Nazirliyindən bildiriblər.

Məlumata görə, cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir. Əhmədov Elxan Oktay oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumat verildiyi kimi, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayışların törədilməsi barədə öz aralarında razılığa gəliblər. Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb və gəzdiriblər. Onlar Bakı şəhəri, Yasamal rayonundakı "Məşədi Dadaş" məscidinin partladılması ücün dini ibadətgah ətrafında müşahidələr aparıblar. Həmçinin Nəriman Mirzəyev cinayətin törədilməsindən sonra hüquq mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb. Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra öz ətraflarında həmfikir toplamaq üçün Nəriman Mirzəyev bu ilin oktyabrında internetdə "facebook" sosial şəbəkəsində "cihada başlamaq", o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar edib. Lakin onlar öz iradələrindən asılı olmayan səbəblərdən planlaşdırdıqları cinayəti başa çatdıra bilməyiblər. MTN-in keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri ilə Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmov yaxalanıblar. Onların üzərindən və yaşadıqları evlərdən xeyli sayda odlu silah və döyüş sursatı aşkar olunaraq götürülüb.

Tarix
2013.11.26 / 16:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla