Yuxarı

DİN-dən əməliyyat: narkoşəbəkə ifşa edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-dən Axar.az-a verilən məlumata görə, əməliyyat nəticəsində Balaxanı qəsəbə sakini, Elxan Səfərzadə narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 1 büküm şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı E.Səfərzadəyə narkotik maddəni satanın kimliyinə də aydınlıq gətirilib və məlum olub ki, o heroini Yuriy adlı şəxsdən alıb. Əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Balaxanı qəsəbə sakini, Yuriy Babayev də saxlanılaraq istintaqa təqdim olunub.

Bölmə əməkdaşları narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirən zaman müəyyən ediblər ki, Y.Babayevə heroin Balaxanı qəsəbə sakini Əzim Əzimov tərəfindən satılıb. Həmin şəxs də polislər tərəfindən saxlanılaraq bölməyə gətirilib. Ə.Əzimovun üzərində şəxsi axtarış aparılan zaman cibindən hazır qablaşdırılmış formada satış üçün nəzərdə tutulan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2018.03.17 / 18:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla