Yuxarı

MTN-in xanım generalı azadlığa buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:26

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə bu gün hökm elan ediləcək.

Axar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi kollegiya müşavirəni aprelin 19-da başa çatdırıb və tərəflərə hökmün bu gün elan ediləcəyi barədə məktub göndərilib.

Hökmün elanı Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutacaq.

Cinayət işində bəzi dövlət sirri təşkil edən məlumatlar olduğu üçün proseslər qapalı keçirilib. Bu səbəbdən hökmün elanının da qapalı keçiriləcəyi, jurnalistlər və ictimayyət nümayəndələrinin prosesə buraxılmaması gözlənilir.

Məlumata görə, hakimlər hökmü elan etmək üçün məhkəmə zalına saat 11.00-da gələcək.

***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi generallarına və digər şəxslərə məhkəmə hökm elan edib.

Məhkəmənin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-nin digər vəzifəli şəxsləri Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov haqqında isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Qeyd edək ki, prokuror Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, general Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15 il , Zaur Məmmədovun 13, Natiq Alıyevin 14, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.

Prokuror zamində olan Natəvan Mirvətovanın həbs edilməsini istəyib. Həmçinin təqsirləndirilən generalların rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi təklif edilib. Digər vəzifəli şəxslərinin rütbədən məhrum olunması təklifi də çıxışda yer alıb.

Prokuror təqsirləndirilən şəxslərin əmlaklarının müsadirəsi və zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanunun tələblərinə uyğun qərar çıxarılmasını, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını tələb edib.

Tarix
2018.04.23 / 16:06
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla