Yuxarı

Bakının bu küçəsi belə vəziyyətə gətirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsində aparılan işlər davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, 3.5 km uzunluğa malik küçənin artıq 1.1 km-i əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

Küçənin qalan 2.4 km-lik hissəsində isə hazırda təmir-tikinti işləri davam etdirilir. Yenidənqurma işləri zamanı küçənin 45 min kv.m sahəsi frezlənib, küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb.

Ümumilikdə yol boyu 10 min p-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

Sutkanın qaranlıq saatlarında küçənin normal işıqlandırılmasını təmin etmək məqsədi ilə işıqlandırma sistemi yenilənir, 8 yerdə avtobus dayanacaqlarının önündə xüsusi “cib”li hissələr yaradılır.

Xatırladaq ki, yolun artıq təmir edilərək istifadəyə verilən hissəsi Nəriman rayonunun böyük və hərəkət intensivliyi ilə seçilən küçələri - Əliyar Əliyev, Ağa Nemətulla, Əhməd Rəcəbli, Həsənoğlu küçələri ilə kəsişir.

Tarix
2018.04.25 / 09:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla