Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Avqust 2018


Çingiz Qənizadə baş nazirə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

80 saylı İmişli-Beyləqan seçki dairəsindən millət vəkili seçilən Çingiz Qənizadə baş nazir Artur Rasizadəyə müraciət edib.

Millət vəkili prezident seçkiləri öncəsi İmişli rayonunun 24 , Beyləqan rayonunun isə 17 kəndində görüşlər zamanı bəzi kənd məktəblərinin acınacaqlı vəziyyəti ilə də tanış olub.

Ç.Qənizadə seçicilərinin xahişi ilə həddindən artıq bərbad və acınacaqlı vəziyyətdə olan İmişli rayonu H.Hüseynov adına Qızılkənd tam orta məktəbi, Beyləqan rayonu Rövşən Əliyev adına Gödəklər kənd tam orta məktəbi, Şərq qəsəbəsi tam orta məktəbi və Xalac (Aşıqalılar) kənd tam orta məktəbinin əsaslı təmir və ya yeni müasir məktəb binalarının inşası ilə bağlı müvafiq tədbir görməsini xahiş edib.

Millət vəkili müraciətinə həmin məktəblərin görüntüsünü əks etdiən foto-şəkilləri də əlavə edib. "İnanıram ki, qeyd etdiyim problem 2014-cü ildə öz həllini tapacaq" , - deyə millət vəkili bildirib.

Tarix
2013.11.28 / 12:25
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

653 əcnəbinin Azərbaycana girişinə qadağa qoyuldu

Bakıdakı dəhşətli yanğınla bağlı daha bir həkim… - İttiham

Nazirlikdən hava xəbərdarlığı: yağış, şimşək...

Sabahın hava proqnozu açıqlandı

DYP reyd keçirdi: 50-dən artıq sürücü cərimələndi

Azərbaycanda son 27 ildə ilk: kişilərin evlənmə yaşı…

Sürücülərin nəzərinə: bu yolda rəngləmə işləri aparılır

Qurban bayramı namazının vaxtı açıqlandı

Ərizə qəbulu başa çatdı, abituriyentlər... - Ekspert

Neft bahalaşdı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla