Ana səhifə Toplum |
14:27
Ötən gün meyiti tapılan üç alpinistdən biri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının nəşi dəfn olunmaq üçün Masallı rayonuna gətirilib.
APA-nın məlumatına görə, F.Cəbrayılzadə rayonun Şərəfə kəndində torpağa tapşırılacaq.
***
Ötən gün meyiti tapılan üç alpinistdən biri - Cəbrayılzadə Fəridə Zəbiyulla qızı Masallı rayonunda dəfn olunub.
Mərhum Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb.
***
Ötən gün meyiti tapılan alpinistlərdən biri Namin Bünyatzadənin meyiti Şəmkir rayonuna gətirilib.
Yas mərasimi Şəmkirin Yeni Həyat kəndində, mərhumun əmisinin evində keçirilir.
N. Bünyatzadə Çinarlı kənd qəbiristanlığında dəfn olunacaq.
***
İtkin düşən alpinistlərdən biri Babur Hüseynovun nəşi Astara rayonuna gətirilib.
Mərhum Astaranın Giləkəran kəndində dəfn olunacaq.
***
Quba rayonunda meyiti tapılan alpinist Namin Nizami oğlu Bünyatzadə dəfn edilib.
Report xəbər verir ki, N.Bünyatzadə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında atasının yanında dəfn edilib.
Dəfn mərasimində mərhumun yaxınları, ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
***
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərdən Babur Hüseynov dəfn edilib.
Report xəbər verir ki, B.Hüseynovun nəşi Astara şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə mərhumun yaxınları, ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, B.Hüseynov Astara şəhərində doğulub, orta məktəbi bitirdikdən sonra Bakıda ali məktəbə qəbul olub və burada yaşayıb.
Tarix
2018.05.17 / 20:13
|
Müəllif
Axar.az
|