Yuxarı

Moskvada Xəzərlə bağlı sessiya: protokol imzalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada “Xəzərin dənizətrafı mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın (Tehran Konvensiyası) Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikasını sessiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiya zamanı “Xəzərin dənizətrafı mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Protokol” beş Xəzəryanı ölkə tərəfindən imzalanıb. Protokolun məqsədi Xəzər dənizi hövzəsində nəzərdə tutulan təsərrüfat fəaliyyətlərinin gözlənilən təsirlərindən qorunması üçün ətraf mühitə təsirlərin transsərhəd qiymətləndirilməsinin aparılması, şəffaflıq və davamlı inkişaf prinsiplərinin təmin olunmasıdır.

Qeyd edək ki, Konvensiya 12 avqust 2006-cı il tarixində qüvvəyə minib.

Tarix
2018.07.20 / 16:18
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla